İsa Həbibbəyli: Müasir Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə daha böyük sabahlara doğru addımlamaqda davam edəcək

2 Oktyabr 2019 15:45 (UTC+04:00)

“Bu gün ölkəmizdə xalq - iqtidar birliyi elə möhkəm əsaslara söykənib ki, həmin əsaslar sarsılmazdır”. Bu fikri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, dünyanın heç bir ölkəsində belə birlik və dəstək yoxdur. Çünki Prezident İlham Əliyev daim xalqın arasındadır. Onun sözlərinə görə, dövlət başçısının istər paytaxtda, istərsə də regionlara səfəri zamanı, bilavasitə sadə xalqla təması, problem və qayğıları ilə maraqlanması xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır.
“Əlbəttə ki, cənab Prezident İlham Əliyev də öz çıxışlarında vurğulayır ki, O, daim xalqına güvənir. Bax, bu reallıq Azərbaycanımızın daha da güclənməsinə, sarsılmaz təməllərə söykənməsinə kifayət qədər təkan və stimul verməkdədir. Ona görə də, Azərbaycanın əleyhinə fəaliyyət göstərən üsnürlər bilməlidirlər ki, onların çirkin maraqları heç vaxt istədikləri nəticəni verməyəcək. Və müasir Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə daha böyük sabahlara doğru addımlamaqda davam edəcək”-deyə, akademik vurğulayıb.

sia.az