"Prezidentlər arasında görüşlər iki ölkə arasında strateji tərəfdaşlığa təkan verir" MÖVQE

4 Oktyabr 2019 13:50 (UTC+04:00)

"Hazırki mürəkkəb beynəlxalq münasibətlər şəraitində Rusiya–Azərbaycan münasibətləri hər iki ölkənin maraqları kontekstində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan prezidenti cənab İlham Əliyevin Rusiyasa Federasiyasına baş tutan işguzar səfəri və Soçidə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşlərdə müzakirə olinan məsələlər bir daha ondan xəbər verir ki, bu münasibətlərin strateji müttəfiqlik səviyyəsində olması iki ölkənin maraqlarına tamamilə uyğundur. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti iki ölkə arasında münasibətlərdən danışarkən bildirdi ki, prezidentlər arasında keçirilən belə görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Millət vəkili bildirib ki, Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Əlbəttə, münasibətlərin belə yüksək səviyyəsi hazırda mövcud olan mürəkkəb geostrateji çagrışlar kontekstində iki dost və qonşu ölkənin təhlükəzislik maraqları baxımından da aktualdır. Ona görə də tərəflər arasında "yol xəritəsi"nin reallaşdırılması bu münasibətlərə yeni stimul verir. Prezident İlham Əliyev "Valday" klubunun fəaliyyətini də yüksək qiymətləndirərək onu dünyanın ən mühüm məsələlərinin müzakirə olundiğu platforma kimi qiymətləndirdi. Döğurdan da qlobal çağırışlar kontekstində bu klubun fəaliyyəti dünya siyasətinə yeni rakursdan baxmağa imkan yaradan bəlkə də yeganə intellektual platformadır. Ona görə də bu səfər iki ölkə arasında strateji müttəfiqlik səviyyəsində qiymətləndirilən bu münasibətlərin gələcək perespektivlər baxımından da olduqca önəmlidir. Rusiya və Azərbaycan prezidentləri arasında görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yaxşı təkan verir.

sia.az