Əli Əhmədov: “Avantürist bəyanatın qarşısına ədalətli və sərt bəyanat qoyuldu”

7 Oktyabr 2019 19:30 (UTC+04:00)

“Ermənistanın prezidenti N.Paşinyanın təxribatçı və sərsəm bəyanatı Azərbaycanın Prezidenti İlham Əliyevin sərt və qəti bəyanatı ilə darmadağın edildi. Qarabağ Azərbaycandır! Tarixin təsdiq, beynəlxalq hüququn və birliyin qəbul etdiyi bu məntiqlə razılaşmamaq mümkün deyil. Qarabağ Azərbaycanındır, Azərbaycan xalqına mənsubdur. Onun mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz və dəyişdirilməyəcək. Buna Azərbaycan xalqı, onun ordusu və Ali Baş Komandanı İlham Əliyev imkan verməz.” Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində paylaşmışdır. Əli Əhmədov bildirib ki, avantürist bəyanatın qarşısına ədalətli və sərt bəyanat qoyuldu. İşğalçı siyasətin aqibəti də beləcə xalqımızın iradəsi və ordumuzun qüdrəti ilə sona çatacaq.

Rusiyanın