"Avropa Birliyi ikili standartdan qurtarmalıdır" ÖZƏL - ŞƏRH

31 Oktyabr 2019 16:55 (UTC+04:00)

"Bir çox güclərin işğalçı Ermə¬nistan və işğala məruz qalmış Azərbaycana münasibətdə (münasi¬bət¬sizlikdə) ikili standartlara dair xeyli misallar görürük. Beynəlxalq təşkilatların, dünya güclərinin yaxud böyük dövlətlərin kiçik dövlətlərə qarşı (yaxud bir beynəlxalq qurumun hansısa iki dövlətə qarşı) fərqli, qərəzli yanaşması (deyək ki, ABŞ Konqresinin Azadlığı Müdafiə Aktı çərçivəsində Azərbaycana yardımını qadağan edən adıyaman 907-ci düzəlişi qəbul etməsi, əvəzində işğalçı Ermənistana bugünlərədək davam edən yardımlarda bulunması), ikili standartlara aiddir". Bunu SİA-ya QHT rəsmisi Əkbər Qoşalı deyib.Onun sözlərinə görə, fərdlərə, xalqlara, dövlətlərə, dinlərə, irqlərə və digər insan topluluqlarına eyni gözlə bax¬mamaq, məqsədyönlü tərəfkeşlik etmək, haqq, ədalət ka¬teqoriyasında yorumlanan məsələləri bi¬rinin xeyrinə, başqasının ziyanına yorumlamaq, təriznin gözünü əymək, əyarı pozmaq ikili stan¬dartın tam özüdür: "Bu ikili standartla bağlı bəlli bilgiləri niyə paylaşıram? – Bizim üzvü olmadığımız, lakin mütərəqqi dəyərlərini heç bir vəchlə gözardı etmədiyimiz, müsbət təcrübələrini, qəbulediləsi mə¬ziyyətlərini paylaşdığımız Avropa Birliyinin respublikamıza enişli-yoxuşlu münasibəti alqışlanası deyil.Bu azmış kimi, ikili standartlar ölkəiçi olaylara münasibətdə də özünü göstərir. Ey Avropa Birliyi, sən necə gücsən, necə böyüksən ki, dövlət müstəqilliyinin yaşı üç on¬il¬likdən az olan, ərazisinin 20 faizi işğal edilmiş, bir milyon insanı yerindən-yurdundan dər¬bədər salınmış bir ölkəyə təzyiq göstərmə cəhdini özünə rəva bilirsən (onun problemlərini görməzdən gəlirsən)? O ölkəyə ki Avropada təh¬lükəsizliyində, enerji təminatında, dünya barışında özünəxas payı olan bir ölkədir; o ölkədir ki mədəniyyətlər, dinlərarası dialoqun mərkəzinə çevrilib, qlobal humanitar təfəkkürə töhfələr verib…Avropa Birliyi Avropa Birliyisə, o, hadisələrə birtərəfli yanaşmamlıdır; müxalifətin id¬di¬aları əsasında hakimiyyət orqan¬larına çağırışlarda bulunursa, radikal çağırış edənlərdən də, məhz radikallıqdan imtina, “nifrət nitqinə yox!” tələbində bulunmalı deyilmi? “Avropa Birliyiyəm” deyən bir qurum, qanunsuzluqlara qapımı açmalıdır, yoxsa, yetkili dövlət orqanlarının qanun¬çu¬luğa ça¬ğırşılarını təqdirmi etməlidir? Bax, o zaman Avropa sözü də, Birlik sözü də, demokratiya çağrışları da sual altına düşməz, ikilistandart məzmununda yorumlanmazdı.Özü də, necə olur ki, bənzəri olaylara münasibətdə gənc Azərbaycan dövlətinə bir mü¬nasibət (münasibətsizlik), qosqoca Avropa dövlətlərinə başqa münasibət bəslənilir? Ədalət bunun harasındadır? Fransada, İngiltərədə, İspaniyada, Belçikada mitinqə çıxanları əzişdirmək, atla, itlə qaranəfəs etmək olar – bu qanunçuluğu müdafiədir, yetkili orqanların normal tələbidir; elə ki atsız, itsiz Azərbaycan polisi mitinqçilərlə üz-üzə gəlir, Avropa Birliyi, Tovuzlular demiş, “dəfin o biri üzünə vurur”…Ey Avropa Birliyi, sən mitinqdə, piketdə canlı izləməmi aparmısan, bilavasitə baxışmı keçirmisən? Belə olmur, ey Avropa Birliyi. Ya hamımız Avropa olacağıq, ikilistandartlardan arınmış birlik olacağıq, ya da oyun oynamayacaqsız.Bəli, Avropa Birliyinin Güney Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi To¬ivo Klaar Bakıdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Rəsmi məlumatda bildirilir ki, görüşdə dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha çatdıraraq, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.Söhbət zamanı Azərbaycan-Avropa Birliyi əlaqələri haqqında fikir mübadiləsi aparılıb.Yaxşı, bəs Toivo Klaarın Bakıda olduğu bugünlərdə Birliyin Azərbaycandakı elçisi Kes¬tutis Yankauskas ilə görüşən AXCP başçısı Əli Kərimli nədən danışıb? – Özü yazıb ki, mitinqi ətraflı müzakirə etdik. Bu ölkənin dərdi-azarı mitinqdi axı, yalnız mitinqdir, heeççç başqa bir dərdimiz-zad yoxdur axı… Radikalların liderinin görüş barədə yazdığı mətndə Qarabağ haqqında bir cümlə, bir cümlə yox, ey, bir söz belə yoxdur… - Elə bilirəm, bu yerdə heç əlavə sözə də ehtiyac yoxdur…Tanrı dövlətimizə güc versin!".

sia.az