Parataekvondoçumuz 4-cü dəfə Avropa çempionu olub

1 Noyabr 2019 17:09 (UTC+04:00)

İtaliyanın Bari şəhərində parataekvondo üzrə Avropa çempionatı keçirilib.SİA-nın məlumatına görə, yarış Azərbaycan millisi üçün uğurlu alınıb.Yığmanın heyətində Aynur Məmmədova bütün rəqiblərini məğlub edib. Nəticədə +58 kq çəkidə mübarizə aparan paratakvondoçu dördüncü dəfə Avropa çempionu tituluna yiyələnib.O, bu qələbə ilə Tokio-2020 Paralimpiya Yay Oyunlarında iştirak etmək üçün növbəti lisenziya xallarına da sahib olub.

sia.az