Oğuz rayonunda imzatoplama kampaniyası uğurla davam edir

8 Noyabr 2019 12:29 (UTC+04:00)

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri Oğuz rayonunda uğurla davam edir.Yeni Azərbaycan Partiyası tərəfindən Oğuz rayon bələdiyyələrinə irəli sürülmüş namizədlər yerlərdə sakinlərlə görüşür, imza toplayırlar. Oğuz rayonunda builki seçkilərdə, ümumilikdə, 15 bələdiyyə üzrə 137 nəfər partiya üzvünün namizədliyi irəli sürülüb. Bildirilib ki, namizədliyi irəli sürülənlər gördükləri əməli işlərlə xalqın inam və etimadını qazanan, hər zaman öz bilik və bacarıqları ilə seçilən, intellekt səviyyəsi yüksək şəxslərdir. Hazırda 117 saylı Oğuz-Qəbələ Dairə Seçki Komissiyası üzrə imzatoplama kampaniyası uğurla davam edir.

sia.az