"Hər bir vətəndaş dövlət bayrağı uğrunda savaşmağı bacarmalıdır" RƏY-ÖZƏL

8 Noyabr 2019 15:26 (UTC+04:00)

“Bayraq dövlətin önəmli atributlarından biridir. Dövlət bayrağımızın atribut kimi böyük dəyərinin olması bütövlükdə Azərbaycan dövlətini ifadə edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.Onun sözlərinə görə, hər bir vətəndaş dövlət bayrağına hörmətlə yanaşmalı, onun uğrunda savaşmağı mübarizə aparmağı bacarmalıdır: “Azərbaycanın Dövlət bayrağı 1918-1920-ci illərdə Sovet İmperiyasının yaranışı, Qızıl Ordunun Azərbaycanı işğal etməsi ilə süquta uğradı. Lakin, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikasının dövlət rəmzləri, o cümlədən Dövlət bayrağı bərpa edildi”.O vurğulayıb ki, tarix və zaman Azərbaycan xalqının, Azərbaycan bayrağının hər zaman zirvələrdə olacağını sübut edib: “Həmçinin, dövlət bayrağımız mitinqlərdə əsas dalğalanan atributlardan birinə çevrildi. Hazırda bayrağımız dünya miqyasında tanınmaqdadır. İdmançılarımızın beynəlxalq oyunlarda göstərmiş olduqları yüksək peşəkarlıq və qələbə ilə bayrağımız qaldırılır. Bunun sübutudur ki, Bakıda analoqu olmayan böyük Bayraq meydanı yaradıldı. Bu son dərəcə önəmli idi. Bu gün Bakıda eləcə də bölgələrimizdə şəhər mərkəzlərinin ən uca yerlərində Azərbaycanın bayrağı dalğlanır. Orada həm də bizim digər atributlarımız, himnimizin sözləri, gerbimiz əks olunub”.F. Ağamalı qeyd edib ki, bu gün Azərbaycan Prezidenti hansı ölkəyə səfər edirsə, iştirak etdiyi bütün tədbirlərdə üçrəngli bayrağımız da dalğalanır.Deputat əlavə edib ki, bu gün Azərbaycan bayrağı həm də düşüncələrimizdə, ürəyimizdədir.

sia.az