Analitika

  • 4 290

“Qalib Liderinin Qələbə yürüşü - Böyük Zəfərdən, Böyük Quruculuğa...” - Mehdi Balabəyov

image

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev cənablarının 44 günlük müharibənin zəfərlə bitən və işğaldan azad edilən bölgələrə dərhal tarixi səfərləri hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadır. Təbii ki, bu Qələbə zəfərdən sonra işğaldan azad olunan rayonlarına səfər Qalib Komandanın öz sevincini, görüləcək işlərlə bağlı məlumatları xalqı ilə paylaşması məqsədi daşıyır. Ən əsası isə, işğalçı ölkə ilə bərabər, bütün dünya da şahidi oldu ki, torpaqların əsl sahibləri qayıdıb... Azərbaycan öz əbədi və əzəli torpaqlarını işğalçılardan azad etdi. Qalib ölkənin Müzəffər Komandanı qazanılmış Qələbəyə möhürünü vurmaq üçün həmin ərazilərə tarixi səfərlərini edir”. Bu fikirləri YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov SİA-ya açıqlamasında bildirib.

M.Balabəyov vurğulayıb ki, dövlət başçısını işğaldan azad olunuan torpaqlara etdiyi tarixi səfərləri Qalib Liderin qalibiyyət özgüvənliyinin sübutu olduğunun gösttəricisidir: “30 ilə yaxın zaman müddətində həll olunmayan qondarma “Dağlıq Qarabağ” probleminin 44 gün ərzində həll olunması ilə 2020-ci il tariximizə Qələbə ili ilə Azərbaycan tarixinə yazıldı. Və Azərbaycan 44 gündə son əsrlərin ən böyük zəfərini yaşayır və ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Vətən Müharibəsinin 44 gün ərzində "Qarabağ Azəbaycandır və Qələbə NİDA"-sını qoyan və bununla da tariximizə ən parlaq səhifəsini yazmaqla bir daha sübut etdi ki, bu qalibin məğlub üzərindəki - Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin diplomatik və qətiyyətli siyasətinin, Güclü Ordumuzun, Rəşadətli əsgər və zabitlərimizin qələbəsidir. Bu haqqın qələbəsidir. Bu Azərbaycan xalqının qələbəsidir. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

Bəli, son 17 il Prezidentlik fəaliyyəti ərzində Ali Baş Komandanımız «bir qarış torpağımızı belə heç kəsə verən deyilik” xəbərdarlığının bu gün Azərbaycan xalqı, bütün dünya bir daha gördü ki, Qarabağ Azərbaycandır!” “Böyük tarixi qələbənini təntənəsi – “Xarı bülbül” festivalı isə növbəti xalqımıza verilən ən böyük müjdədir”,-deyən M.Balabəyov vurğulayıb ki, bu səfər özünəgüvənlik bir səfərdir, bu tarixi ədalətin zəfəri, haqqın nahaq üzərində qələbəsinin, işığın zülmət üzərində təntənəsinin səfəri idi: “Bu səfər 1992 - ci ildə satqınlığın və xəyanətin qurbanı olan 2020-ci il 8 noyabrda Şuşa həsrətinə son qoyulduğu, Şuşanın əsil sahibinə "Qələbə yolu" ilə qayıtdığı, "Xarı bülbül"ün yenidən öz doğma yurd həsrətinə son qoyulduğu, erməni vandallarının Şuşada 17 məhəllə, 16 məscidimizin, qəbir yerlərimizin necə dağıdıldıması ilə bağlı dünyaya Qalib Liderin tarixi mesajları idi. "Xarıbülbül" musiqi festivalı - Azərbaycan xalqının milli birlik və həmrəyliyini nümayişidir. “Xarıbülbül” festivalının açılışında Prezident İlham Əliyev tarixdən də danışdı, dünyadakı proseslərə də toxundu, Azərbaycanın gələcəyə necə hazırlaşdığını, beynəlxalq münasibətləri, dövlətlər, xalqlar arasında əlaqələri necə gördüyünü də açıqladı. Qeyd etdi ki, biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan mesaj veririk ki, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur".

Prezident İlham Əliyev “Xarıbülbül” musiqi festivalının açılışında çıxışı zamanı bildirib ki, Şuşanın özünəməxsus aurası var: “Mən dünyada Şuşaya bənzər zamanı əhər görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik. Bu gün, sözün əsl mənasında, musiqi bayramıdır. Bəli, biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır”.

“Bəli, adını tariximizə, xalqın qəlbinə qızıl hərflərlə yazdırmağı bacarmış Ulu Öndərin qoruyub saxladığı, dirçəldib müstəqil ölkə kimi irəli daşıdığı Azərbaycan bu gün dünyada 21-ci əsrin müharibəsini aparan qalib dövlət kimi tanınır. Heydər Əliyevin vəsiyyəti Dağlıq Qarabağın, Şuşanın yenidən əzəli sahibinə qaytarılması olmuşdu ki, bu tarixi missiyanı onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il uğurla həyata keçirdi. “Xarıbülbül” festivalı bir daha onu göstərir ki, biz Şuşaya birdəfəlik qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq”, deyə M.Balabəyov bildirib.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər