Analitika

  • 9 673

“Formula 1” yüksəkliyi, mili qürur hissi...

image

Azərbaycanın dünyada idman ölkəsinə çevrilməsi Əli Kərimli kimilərini niyə narahat edir?

Beynəlxalq miqyaslı idman yarışlarını keçirməyə hər ölkə qadir deyil. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdman yarışları sırasında populyarlığına görə dünyada üçüncü yerdə olan “Formula-1” yarışmasının Bakıda keçirilməsi də təsadüfi deyil. Dünyanın 20 inkişaf etmiş şəhərində keçirilən “Formula -1” üçün Bakı 21-ci şəhər oldu. Dünyada 500 milyonluq izləyici auditoriyası olan bu yarışmanın Bakıda keçirilməsi böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycan bütün sahələrdə qalib ölkədir.

Bəs sosial şəbəkə xəstəsi Əli Kərimlinin qarnına azar salan nədir?

Söz yox ki, əvvəlki illərdə olduğu kimi, bu dəfə də paytaxtda mötəbər bir tədbir keçiriləndə milli xəyanətkarlar anti-Azərbaycan qüvvələrin sifarişi ilə belə tədbirləri gözdən salmaq üçün piar kampaniyasına başlayır, ölkəmiz əleyhinə müxtəlif yalan və böhtanlar uyduraraq, beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa çalışırlar. Ancaq hər dəfə də xəbis niyyətləri puç olub və həmin tədbirlər yüksək səviyyədə keçirilib. Son vaxtlar xəyanətkar qüvvələr xarici ağalarının sifarişi ilə yenidən baş qaldırıblar. Onlar “Formula-1” yarışmasının start götürdüyü ərəfədə dünyada üçüncü olan bu yarışmanı gözdən salmağa çalışırlar. Həmişə belə su bulandırmaqla öndə olan AXCP sədri Əli Kərimli bu dəfə də öz çirkin əməlləprindən əl çəkməyərək erməniyə nökərçilik etdiyini açıq-aydın göstərir. Sosial şəbəkə dələduzu olan Əli Kərimli öz Facebook səhifəsində iddia edir ki, bu günlərdə Bakıda növbəti dəfə start götürəcək “Formula -1” yarışları “zülmdür”, kimlərinsə pul qazanması, hakimiyyətin təbliği üçün vasitədir. Sən demə, dünyada idman yarışları sırasında populyarlığına görə üçüncü sırada yerləşən "Formula1" səbəbindən avtomobillərin şəhərin mərkəzində hərəkətinin məhdudlaşdırılması insanların "əsəbini tarıma çəkir”.

Sözsüz ki, Ə.Kərimli kimi əxlaqsızların düşüncəsi elə belə də olmalıdır. Çünki özünü demokrat, vətənpərvər, xalqını, millətini sevən kimi göstərməyə çalışan, siyasətçi adlandıran Ə.Kərimli kimi satqın viruslar bilməlidirlər ki, qarayaxma kampaniyaları “Formula- 1” yarışının növbəti dəfə də möhtəşəm keçəcəyinə heç bir əngəl törədə bilməyəcək. Bax, bütün bunlardan sonra əlavə şərhə də məncə heç bir ehtiyac qalmır. Hər halda kor-kor, gör-gördür. Ancaq bir şeyi unutmayın - haqqı itirib, haqsızlığa gedənlərin sonu olmur. Bu yerdə Dostoyevskinin cinayətkarla bağlı dediyi sözləri xatırlatmaq istərdim: “Cinayəti törədib, onun cəzasından qaçmaq mümkündür. Amma o cinayətin qorxusundan çıxmaq əsla mümkün deyil”.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər