Analitika

  • 7 233

İqtisadiyyatın şaxələndirilməsini sürətləndirəcək növbəti layihə - Ələt Azad İqtisadi Zonası - TƏHLİL

image

Prezident İlham Əliyev: “Hesab edirəm ki, məhz bu zona potensial investorlar üçün cəlbedici ola bilər”

Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas məqsədi ölkənin hərtərəfli inkişafına nail olmaqdır. Bunun üçün də qeyri-neft sektorunu inkişaf etdirmək vacibdir. İndiyədək bu istiqamətdə xeyli iş görülüb. Xüsusilə texnoparkların və sənaye zonalarının yaradılması sayəsində qeyri-neft sektorunda məhsul istehsalı ildən-ilə artmaqda davam edir. Prezident İlham Əliyevin iyulun 1-də təməlqoyma mərasimində iştirak etdiyi Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması bu sahədə daha böyük dönüşə səbəb olacaq. Çünki indiyədək azad iqtisadi zonalar mövcud olduqları ölkələrdə iqtisadi inkişafa böyük töhfələr verib. Azərbaycanın da bu təcrübədən istifadə etməsi, şübhəsiz ki, ölkəmizə yeni uğurlar qazandıracaq.Əlbəttə, bütün bunlar dövlət başçısının uğurlu iqtisadi strategiyası, həyata keçirilən iqtisadi islahatlar nəticəsində gerçəkləşib. Məhz cənab Prezidentin müvafiq fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritəsinin uğurla həyata keçirilməsi, cənab Prezidentin imzaladığı Sərəncama əsasən Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla, Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ölkəmizin sürətlə inkişafına zəmin yaradır. Azad iqtisadi zonalar ehtiyatda olan məhsulların bir qisminin daxili bazara çıxarılmasına geniş imkan yaratmaqla, öz növbəsində idxaldan asılılığın aradan qaldırılması və yerli məhsulun bazara çıxarılması baxımından çox vacibdir. Sözügedən zona ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına böyük müsbət təsir göstərəcək.
Ələt Azad İqtisadi Zonası xarici sərmayədarlar üçün maraqlı investisiya məkanına çevriləcək
Ələt Azad İqtisadi Zonasının yaradılması ölkəmizdə qeyri-neft sektorunun inkişafında açılan yeni səhifə kimi böyük əhəmiyyətə malikdir. Əminliklə deyə bilərik ki, investorların buraya marağı çox böyük olacaq. Ələt Azad İqtisadi Zonasının yaradılması ölkəmizdə qeyri-neft sektorunun inkişafında açılan yeni səhifə kimi böyük əhəmiyyətə malikdir. Əminliklə deyə bilərik ki, investorların buraya marağı çox böyük olacaq. Xüsusi qanunlarla idarə ediləcəyinə görə Ələt Azad İqtisadi Zonası xarici sərmayədarlar üçün maraqlı investisiya məkanına çevriləcək. Ələt İqtisadi Zonası burada yaradılacaq sosial infrastruktur və xarici sərmayədarlar üçün təqdim ediləcək imkanlar baxımından digər ölkələrdəki oxşar zonalardan daha cəlbedici olacaq.
Vüqar Bayramov: “Ələt azad iqtisadi zonası xarici investisiya və qeyri-neft ixracının artmasına səbəb olacaq”
İqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov bildirib ki, Ələt azad iqtisadi zonasının xüsusi status əsasında fəaliyyəti Azərbaycan iqtisadiyyatı və xarici investorlar üçün faydalı olacaq: “Ələt artıq terminal statusundan çıxaraq “Azad İqtisadi Zona” statusu qazanır. Bildiyiniz kimi, Ələt Azad İqtisadi zonasının yaradılması ilə bağlı qanun layihəsi hazırlanıb və Milli Məclisdə iki oxunuşdan keçib. Nəticə etibari ilə sözügedən qanun Ələtə xüsusi status verir. Yəni, Ələt azad iqtisadi zonası xüsusi statusla, hasilatın pay bölgüsü statusuna bərabər statusla fəaliyyət göstərəcək. Bu statusun verilməsi xarici investisiyanın cəlb edilməsi baxımından vacibdir. Yeni güzəşt mexanizminin tətbiq olunması Ələt azad iqtisadi zonasına xarici investisiya cəlbini artıracaq. Burada artıq beynəlxalq hüquq normaları tətbiq ediləcək. Azərbaycanın öhdəliklərinin, eləcə də Ələt azad iqtisadi zonasında rezidentlərin öhdəliklərinin ayrıca qanunla müəyyənləşdirilməsi vacibdir. Təbii ki, bütün bunlar xarici investisiyanın cəlb edilməsinə imkan yaradacaq”.V.Bayramov əlavə edib ki, hazırda Avropa Birliyi, eləcə də Körfəz ölkələrindən investisiyanın cəlb edilməsi istiqamətində danışıqlar aparılır. Ölkəyə yatırılan investisiyanın təxminən yarısının xarici investisiyalar olduğunu deyən iqtisadçı hesab edir ki, Ələt azad iqtisadi zonasının formalaşması yaxın illərdə birbaşa xarici investisiyanın əlavə olaraq 3 mlrd. dollar artmasına imkan verəcək.V.Bayramov hesab edir ki, Ələtin yeni statusu həm də istehsalın təşviq edilməsinə zəmin yaradacaq: “Ələt Azad İqtisadi Zonası həm də istehsalın təşviq edilməsi baxımından mühüm rola malik olacaq. Çünki, həmin məhsulların, eləcə də xidmətlərin ixracından ölkəyə valyuta axını güclənəcək”.Onun sözlərinə görə, strateji yol xəritəsində adambaşına düşən qeyri-neft ixracatının 450 dollara, bütovlükdə qeyri-neft ixracının 4,5 mlrd. dollara yaxın artırılması əsas hədəflərdəndir: “Azad iqtisadi zonanın yaradılması Ələtdə bugünkü 1,5 milyard dollarlıq qeyri-neft ixracının starteji yol xəritəsinə uyğun olaraq 3 dəfə artırılmasına imkan verəcək”.V.Bayramov vurğulayıb ki, Ələtin infrastrukturunun genişləndirilməsi yaxın illərdə Azərbaycan vasitəsi ilə yükdaşımanın həcmini 2 dəfəyə yaxın artıra bilər.Bir sözlə, Ələt Azad İqtisadi Zonası ölkə iqtisadiyyatının şaxələndirilməsini sürətləndirəcək və neft sektorundan asılılığın azaldılmasına töhfə verməklə yanaşı, həmçinin potensial investorlar üçün cəlbedici məkan olacaq.Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: “Beləliklə, bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax, burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir. Ona görə, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaqdır”.

sia.az

Digər xəbərlər