Mədəniyyət

  • 6 663

Natiqlik məharəti

image

Heydər Əliyevin respublikaya rəbərliyi dövründə bütün başqa sahələrdə olduğu kimi dil sahəsində də düzgün dövlət siyasəti həyata keçirilmişdir. Məlumdur ki, SSRİ dönəmində Azərbaycan dili dövlət dili kimi formal xarakter daşıyır, doğma ana dilimiz çox sıxışdırılır, rəsmi tədbirlərdə rus dili işlədilirdi. Belə bir vaxtda Heydər Əliyev çox fədakar addım atdı. 1978-i ildə qəbul olunan Azərbaycan konstitusiyasının 73-cü maddəsində qəbul olundu ki, Azərbayan dili Azərbaycan Respublikasının dövlət dilidir.

Respublikamız müstəqillik qazandıqdan sonra ana dilimiz həqiqi dövlət dili hüququnu qazandı. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş yeni konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli statusunu aldı. Konstitusiyanın 21-ci maddəsində göstərilir: “Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin inkişafının tətbiqinin genişlənməsinə xüsusi qayğı göstərirdi. Belə ki, 18 iyun 2001-ci ildə Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərman verildi. Burada dil
sahəsindəki qüsurlar və onların aradanqaldırılması zərurəti göstərilirdi. Avqustun 1-də Respublikada latın qrafikalı Azərbaycan əlifbasına keçid haqqında qərar verildi.

2 yanvar 2003-cü ildə "Azərbaycan Respublikasının Dövlət dili haqqında" fərman verildi. Bu da dilə olan böyük qayğının nəticəsi idi. Dahi Heydər Əliyev Azərbaycan dilini çox sevirdi və bu dildə danışmağı ilə fəxr edirdi. O deyirdi:
"Azərbaycan dilini bilməmək, Azərbaycan dilini qiymətləndirməmək şüphəsiz ki, xalq qarşısında böyük qəbahətdir”.
"Öz ana dilini bilməyən insanlar şikəst insanlardır"." Dil millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur".
"Dil yoxdursa, xalq da yoxdur"."Hər bir xalq öz dili ilə yaranır, ancaq dilini yaşatmaq, inkişaf etdirmək,və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının elm,bilik, fəaliyyəti nəticəsində mümkün olur".

Heydər Əliyev dilə bu qədər qiymət verməklə yanaşı, çox gözəl natiq olub. O, müdrik, ağıllı qərarları ilə yanaşı, danışdığı nitqi ilə də bu dilin keşiyində dururdu. Bənzərsiz insan, böyük alim Əliyev xalqla onun öz dilində danışırdı. Cümlələrinin quruluşu, sözlərin, ifadələrin, işlənməsində orijinallıq daima diqqəti cəlb edirdi. Heydər Əliyevin bir natiq kimi zəngin söz ehtiyyatı var idi. Danışarkən fikirləşməz, söz axtarmaz, duruxmazdı.O, nitqində söz və ifadələrin təkrarına mümkün qədər yol verməz, yerində işlədilən ifadə vasitələri, sinonimlər, antonimlər, nidalar, ritorik suallar və s. onun nitqini daha da mənalı edirdi.“Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir”-deyən Heydər Əliyevə bu dil müqəddəs və əziz idi. O, heç bir qeydə baxmadan saatlarla faktlar, sübutlər gətirərək dinləyiciləri qane edəcək şərhlər verirdi. İti yaddaşa malik Ulu Öndərə dinləyiclər maraqla qulaq asar və onu anlayardılar. O, yüksək nitq mədəniyyətinə, cəlbedici nitq, danışıq, jest, mimika və s. ilə auditoriyanı ələ alar, öz ideyalarını dinləyicilərə çatdırardı.Heydər Əliyevin natiqlik məharəti haqqında çox sözlər deyilmiş, elmi məqalələr, kitablar yazılmış, mühazirələr oxunmuşdur. Mən bu yazımda Heydər Əliyev
dilinin, nitqinin, fikrinin hətta tərcümədə belə dogma dilimizdə olan əzəmətini, zənginliyini qoruyub saxlamağı haqqında danışmaq istəyirəm.2003-2006 -cı ilərdə bir qrup mütəxəssislə Azərbaycan diindən ingilyis dilinə və tərsinə maşın tərcüməsinə aid bir layihəni işləyirdik. İş həm çətin, həm də maraqlı idi. İşin çətinliyi onda idi ki, Azərbaycan dilinin formal qrammatikasını yaratmaq lazım idi! Olurdu ki, biz adi qrammatikada olmayan yeni qaydalar daxil edirdik. Məsələn, realda dilimizdə ismin altı halının olmasına rəğmən formal qrammatikada daha bir hal əlavə eləməli olurduq. Hələ semantikanı tutmağı, aqqlütinativ dildən flektiv dilə maşın tərcüməsində meydana gələn əlavə problemləri demrəm. Bir sözlə, çox maraqlı və yaradıcı bir iş idi. İşin gedişində ağlıma bir fikir gəldi: “Görəsən, gözəl natiqlik qabiliyyətinə malik olan şəxsiyyətlərin nitqləri maşın tərcüməsinə nə dərəcədə yatımlıdr?”. Bu məqsədlə ümummilli liderimiz Heydər Əliyevin aforizm səviyyəsinə yüksəlmiş müdrik kəlamlarını toplamağa başladım. Sonra bu kəlamları yaratdığımız kompüter tərcümə proqramına daxil etdim. Alınmış tərcümənin məni necə təəccübləndirdiyini təsəvvür edə bilməzsiniz! Demək olar ki, nöqtəsinə, vergülünə qədər dəqiq tərcümələr alınmışdı. Yalnız bəzi cümlələrdə kosmetik düzəlişlər aparmaq lazım gəlirdi. Düzünü desəm, bu cür nəticənin alınacağını heç gözləmirdim. Sən demə, fikri lakonik, məntiqi cəhətdən elə düzgün ifadə etmək mümkün olarmış ki, xarici dildə insan əli dəyməmiş gözəl, adekvat tərcümələr alınsın. Bax, budur Heydər Əliyevin dahiliyini təsdiq edən daha bir bariz nümunə!
Araşdırmalarımın nəticəsində Heydər Əliyevin aforizmlərinin azərbaycan variantı və onların ingilis qarşılıqlarından ibarət, şəkildə üz qabığı göstərilmiş, broşüra meydana gəldi. Həmin kitabçadan bəzi nümunələri nəzərinizə çatdırıram.
*****
Dil yoxdursa, xalq da yoxdur.
If there is no language, there is no nation.
***
Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.
The state is forpeople, not the people for the state.
***
Tarix həmişə hər şeyi öz yerinə qoyur.
History always puts everything in its just place.
***
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan
götürməkdən daha asandır.
It is easier to prevent an event than to deal with its consequences after it has
occurred.
***
Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.
Freedom and independence are every people’s riches.
***
Heç kim əbədi qalib ola bilməz.
No one can be perpetual winner.
***
Kim ki, biliyindən, bacarığından artıq iddialar edir o, həmişə məğlub olur.
Whoever boasts or things that are beyond his knowledge and ability is always
loses.
***
Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini tutmur.
Everyone has his or her place in art. No one takes the place of someone.
***
Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.
Justice can not be restored by injustice.
***
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
A state with strong economy is ready for anything.
***
İşə başlayan şəxslərin üzərinə həmişə çox böyük yük, şərəfli vəzifələr düşür.
Imposing and honorable duties always fall the shoulders of beginners.
***
Ağıl olan yerdə zora ehtiyac yoxdur.
Where there is reason, there is no need for force.
***
Vəzifədən ötrü yaşayan adamlar bədbəxt adamlardır.
The men whose lives mean to get posts are unhappy.
***
Həqiqəti gizlətmək, həqiqətin üstünü basdırmaq olmaz.
You cannot hide the truth, you cannot cover up the truth.
***
Xalq gərək öz kökünü xatırlasın.
People must remember the roots of their nations.
***
Tarix heç nəyi silmir.
History does not erase anything.
***
Biz təbiətə qarşı zor işlədə bilmərik.
We cannot use strength against nature.
***
Dil böyük aləmdir.
Language is a big world.
***
Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist - bunlar fitri
istedada malik olan adamlardır.
Intelligence cannot be mass. Scientist, poet, composer, painter, writer, artist - these
are people with innate talent.
***
Tənqid həmişə işə kömək edir.
Criticism always helps.
***
Elə insanlar var ki, öləndən sonra daha çox sevilirlər.
There are such people, which more are being loved after their deaths.
***
Vətən torpağı bölünməzdir.
The homeland is indivisible.
***
Qadına hörmət edən millətlər həmişə inkişaf etmişlər.
Nations that respect women have always developed.
***
Tarix boyu bütün müharibələrin sonunda ədalət zəfər çalmışdır.
Throughout history, justice has triumphed at the end of all wars.
***
Məktəb elə bir yerdir ki, burada hamı - şagird də, müəllim də inkişafda olur.
The school is a place where everyone - both the student and the teacher - develops.
***
İnsanı öldürmək ən böyük cinayətdir.
Kill the person biggest crime.

Ağamehdi MEHDƏLİYEV,
Azərbaycan Respublikası Prezidentinin
yanında Dövlət İdarəçilik Akademiyasının
dosenti

Digər xəbərlər