MİA

  • 16 596

İnsanın vətəndaş fəallığı və mənəvi keyfiyyətləri

image

Azərbaycan müstəqil dövlətçilik tarixinə qədəm qoymuş, demokratikləşmə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün strateji məqsədləri kimi irəli sürmüşdür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu quruculuğun subyekti olan hər bir azərbaycanlının mənəvi keyfiyyətlərinin inkiaşfını, milli-mənəvi dəyərlərin qorunmasını dövlət siyasətinin ümdə məsələlərindən biri hesab etmişdir. 2001-ci ildə avqustun 13-də verdiyi tarixi bəyanatda Onun insan və mənəviyyat probleminə verdiyi dəyəri aşkar duyuruq: "İnsan mənəviyyat üçün yaşamalıdır. Hər bir xalqı həmişə mənəvi dəyərlər birləşdirir. Çünki başqa dəyərlərlə müqayisədə mənəvi dəyərlər hər şeydən ucadır".

Azərbaycan vətəndaşının ictimai, siyasi və mənəvi keyfiyyətlərinin bütövlüyünü təmin etmək üçün onun dünyagörüşünün, həyat fəlsəfəsinin elmi əsaslar üzərində qurulmasını təmin etmək ictimaiyyətşünaslığın əsas vəzifələrindəndir. Bu məqsədlər vətəndaş-cəmiyyət münasibətlərinin keyfiyyətcə yeni mərhələsinin başlandığını, yeni cəmiyyətin təməlini qurmalı olan insan amilinin fəallığının ənənəvi başa düşülən mənadan tam fərqli olduğunu nəzərdə tutur. Prezident İlham Əliyevin demokratik dövlətçiliyinin obyekti ola biləcək "insan kapitalı" anlayışını dövlət siyasətinin önəmli istiqamətlərindən biri kimi, ardıcıl olaraq vurğulaması, bu sahədə konkret göstərişlər verməsi, təbii ki, ictimai elmimiz qarşısında müvafiq vəzifələrin qoyulması və həllini günün vacib məsələsinə çevirir.

Cəmiyyətin demokratikləşməsi, fikir plüralizmi, şəxsiyyətin azadlıqlarının siyasi-hüquqi təminatının qanunla təsbit olunması insanlardan müvafiq mədəniyyət və dünyagörüşün formalaşmasını tələb edir.

Yeni quruculuq işlərinin subyekti olan insanın fəallığını, bütün potensialını öz həyatını dolğun yaşamaq və cəmiyyətdə harmoniya yaratmağa istiqamətləndirmək üçün "fəallıq" anlayışının elmi əsaslara söykənən obyektiv təhlili, onun tənzimlənməsinin individual və sosial müstəviləri arasındakı həssas keçidlərin sezilməsi çox mühüm məsələdir. İnsanın cəmiyyət həyatına intensiv inteqrnsiya edilməsi prinsipləri vətəndaş cəmiyyətinin zəruri şərti kimi çıxış edir.

Yeni cəmiyyətin qurucuşu olan insanın fəallığının stimulyasiyasını ləngidən bütün hallar və problemlər ictimaiyyətşünaslığımızın diqqət mərkəzində olmalıdır.

İnsan varlığı, onun mahiyyəti, dünyada missiyası, cəmiyyətdəki yeri və rolu həmişə fəlsəfənin araşdırdığı fundamental problemlərdən olmuşdur. Hətta fəlsəfə özü bu əbədi və əzəli problemi dərk etmək, qarşıya çıxan suallara cavab vermək istəyindən və ehtiyacından doğmuşdur desək, yanılmarıq. Əvvəli bilinməyən, sonu isə qeyri-müəyyən olan bu sonsuz axtarış prosesində fəlsəfə insan varlığını ifadə etmək baxımından fundamental əhəmiyyətə malik olan "fəallıq" anlayışını aşkar etmiş, elmi dövriyyəyə gətirmişdir. İctimai-fəlsəfi fikir tarixində ən müxtəlif elm nümayəndələri, zəka sahibləri tənhalıq fenomenini təhlil etməyə çalışmışlar. Fəallığın mahiyyəti və səbəbləri, tipologiyası və növləri, tənhalıq yaşantısının fövqəlmürəkkəb çalarları, bir-birinə həssas, dinamik keçidləri və aradan qaldırılması yolları haqqında suallar bu günədək cavabsız qalmışdır.

İnsanların son illərdə baş verən köklü transformasiya proseslərində tezliklə keçid almağa, can atdıqları qlobal kapitalizmdə əvvəlki dövrdən qalan kövrək mənəvi-sosial həmrəylik telləri nazilmək və qırılmaq üzrədir. Dünyanı hər şeydən çox siyasətçilərin deyil, kapitalın idarə etdiyi bir zamanda "insan kapitalı" dəyərsizləşib və kölgədə qalıb. Bütün dəyərlərin meyarı onu yaradan insanla deyil, kapitalla ölçülür.

Bütün bunlar ictimai elmi, ziyalıları, mütəfəkkirləri düşündürməlidir və tarix boyu düşündürmüşdür.

Bunu şərtləndirən amillərdən biri, bəlkə də birincisi, problemin adi şüurda belə aydın təsəvvür edilən, başa düşülən kimi təəssürat yaratmasıdır. Əslində, məhz bu intuitiv duyulan aşkarlıq illüziyası tənhalıq fenomeninin paradoksal fövqəlmürəkkəb mahiyyətini və məzmununu dərk etməyə mane olur. Onun adi şüuru primitiv, yaxud da konkret elmlərin rasional təhlil və təsvir metodlarına müyəssər olmadığını bir daha sübüt edir. Problemin əhatəli mənzərəsini və dərin fəlsəfi nəzəri konsepsiyasını formalaşdırmağı zərurətə çevirir.

Fəallığın fəlsəfəsini araşdırmağı aktual edən amillərin hamısını sadalamaq qeyri-mümkündür.

"Fəallıq" fenomeni bütün zamanlarda özünü büruzə versə də, bəzi mərhələlərdə, xüsusilə, kəskin, qabarıq şəkildə təzahür edir, fəlsəfənin bütün marağını özünə yönəldir". Bu fikir antik dövrdən başlayaraq, Şeler və Haydeggerə qədər insan probleminin təhlilini epoxal müstəvidə təhlil edən alman filosofu Martin Buberə məxsusdur.

Fəallıq probleminin tədqiqini aktual edən digər səbəb yaşadığımız zaman və insan münasibətlərində baş verən dəyişikliklərdir. Həm də burada lokal və qlobal zaman müstəviləri fərqləndirilməlidir.

Hər bir yeni əsr, ilk növbədə, məhz öz "yeniliyi" ilə diqqəti cəlb edir. "Yeniliyın" fəlsəfi mənası isə mürəkkəb və ziddiyyətli fenomen kimi ifadəsini tapa bilər. Məsələn: XX əsr bir çox Qərb filosoflarının düşüncəsində desakralizasiya, antihumanizm kimi təzahürləri ilə, "Allahlar ölmüş, yalnız insanlar qalmışdır" şüarı ilə səciyyələnirdi. Onun məntiqi nəticəsi kimi isə, XX əsrin insanlara qoyduğu ən böyük irsin "müharibə və tənhalıq" (V.Edşmidt) olduğu qənaətinə gəlmişdi".

Sirr deyil ki, heç vaxt insanın, mədəniyyəti və mənəviyyatın məhv olmaq təhlükəsi XX əsrdə olduğu qədər dərin miqyas kəsb etməmişdi. Qlobal cəmiyyətin yaşadığı sistemli böhranın, bəşəriyyəti təhdid edən qlobal problemlərin təhlili istiqamətində aparılan araşdırmaların gəldiyi ümumi nəticəsi belə idi ki, böhranın mənbəyində, problemlərin episentrində elə onları yaradan insan durur. Deməli, onların həlli yollarını başlıca olaraq, insan varlığının mahiyyətində, daha aydın deyilsə, insanın dünyagörüşündə və həyat fəlsəfəsində axtarmaq lazımdır. Belə vəziyyət, təbii ki, fəlsəfənin məsuliyyətini qat-qat artırır.

Fəallığa dair ayrı-ayrılıqda mövcud olan baxış, yanaşma və fikirlər, nəinki sovet dönəmində, "burjua elminə və cəmiyyətinə xas olan problem kimi" diqqətdən kənarda qalmışdır, həm də təəcüblüdür ki, Qərb elm və fəlsəfəsində də nəzəriyyə səviyyəsinədək formalaşa bilməmişdir. Təsadüfi deyil ki, tənhalığa dair ensiklopedik nəşr, antologiya hesab edilən "Tənhalığın labiritləri" əsəri yalnız 1982-ci ildə işıq üzü görmüş, 1989-cu ildə rus dilinə tərcümə olunmuşdur. Bu əsərdə tənhalığın bütöv fəlsəfi konsepsiyası deyil, ayrı-ayrı elm sahələrinin fraqmentar analizləri təqdim olunmuş məqalələr məcmuəsidir. Diqqətəlayiq faktlardan biri, bu kitabdan qırmızı xətt kimi keçən belə bir fikirdir ki, tənhalığı konkret elmlərin metodları ilə təhlil etmək qeyri-mümkündür və bu problem öz fəlsəfi həllini gözləyir.

Fəallığın tədqiq etməyi zəruri edən səbəblərdən biri problemin sosial-fəlsəfi aspektinin, hələlik, çox az, yaxud ümumiyyətlə, işlənilməməsidir.

Doğrudan da, ilk baxışda sual yarana bilər: sosial fəlsəfə insanı cəmiyyətlə, qrupla, kollektivlə əlaqədə öyrənən elmdir. Elə isə, insanın burada tənhalığı necə, mümkün ola bilər? Cəmiyyət insanların inteqrasiyasında və sosiallıq amilində maraqlıdırsa, o zaman tənhalıq nədən yaranır?

Fəallığın fəlsəfəsini araşdırmaq problemə fəlsəfi yanaşmanın spesifikasını açmağı tələb edir. Bu, hər şeydən əvvəl, insanın özünün dünyaya baxışı, dünya anlamı kimi təməl xüsusiyyətlərin dərinliklərinə qədər getməyi, insanın bir varlıq kimi bütövlüyünü təmin edən keyfiyyətləri ayırd etməyi zəruri edir. İnsan öz varlığının qüdrətini, bütövlüyünü təşkil edən amilləri dərk etdikcə, yenilməz olur, həyatını mənalı, dolğun və rəngarəng yaşamağa nail olur.

Özünü başqaları ilə, cəmiyyətlə, dünya ilə əlaqələndirən bağları dərk etməyi, dəyərləndirməyi bacarır. Məntiqi olaraq da varlığının bütövlüyünü pozan, yaşamını mənasız edən amilləri dərk etdikcə, güclü olur, mənəvi cəhətdən zəngin və emosional həyat yaşayır.

Müasir sivilizasiya dəyərlərin çökməsi, mənəvi-əxlaqi oriyentirlərin tutqunlaşması, desakralizasiya, "ekzistensial vakuum" kimi səciyyələndirilən gerçəkliyi yaşayır. Gedonist motivasiya, maddiyyatın üstün gəlməsi, əxlaqa və ruha deyil, instinktə hesablanmış həyat tərzi istehlakçı-utilitar psixologiya bütün bu halların səthdən, zahirdən deyil, dərin qatlardan və fəlsəfi köklərdən araşdırılmasını gündəmə gətirir. Onun obyektiv məzmun və mahiyyətinə dair tədqiqatların aparılmasını mühüm tərzə çevirir.

Fəallığın fəlsəfi aspekti bu fövqəlmürəkkəb fenomenin antoloji və qnoseoloji, aksioloji mənalarını fərqləndirməklə bahəm, onun bitkin konsepsiyasını təqdim etməyə imkan verir. Ədəbiyyatda tənhalığın yalnız müsbət, yaxud yalnız mənfi məzmunlu hadisə kimi qiymətləndirilməsinə daha çox rast gəlinir. Fəallıq yaşantısının obyektiv, subyektiv amillərinə, neqativ, pozitiv formalarına, onu doğuran sosial, mənəvi, psixoloji, fizioloji, gender və s. səbəblərin, fərdi və kollektiv varlıq müstəvisində çalarlarını fərqləndirmək, həm də sistemli nəzəriyyəsini formalaşdırmaq yalnız fəlsəfənin kateqorial aparatından istifadə etməklə mümkündür. İnsan həyatının hər hansı bir "norması" mövcuddurmu? Fəallıq-bu norma çərçivədən çıxdıqdamı baş verir? O ötəri hal, məqamdır, yoxsa insan varlığını əbədi müşayiət edən fenomendir?

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər