MİA

  • 5 979

İnsan hüquqlarının universal mahiyyəti və onun müdafiəsinə nəzarət formaları

image

Tarixi hadisə olaraq, 1948-ci ildə BMT tərəfindən qəbul olunmuş İnsan Hüquqlarının Universal Deklarasiyası insan hüquqlarının ayrılmaz və universal olmasının təsdiq etmişdir. Avropa Şurası insan hüquqlarının qorunmasına şərik olmasını bildirərək, 1950-ci ildə Avropa Şurasının insan Hüquqları və Əsas Azadlıqların Qorunması haqda Konvensiyanı qəbul etmişdir. Bu tarixdən etibarən, həmin Konvensiyanın ratifikasiyası Avropa Şurasına qəbul olunmaq üçün vacib və mütləq bir sənəd olmuşdur.

AVROPA ŞURASININ ÜZV DÖVLƏTLƏRİ:

(1 may 2001 -ci il)

Avstriya

Malta

Albaniya

Moldova

Almaniya

Niderland

Andorra

Norveç

Azərbaycan

Polşa

Belçika

Portuqaliya

Bolqarıstan

Rusiya

Macarıstan

Rumıniya

Yunanıstan

Sloveniya

Gürcüstan

Slovakiya

Danimarka

San-Marino

İrlandiya

Birləşmiş Krallıq

İspaniya

Türkiyə

İslandiya

Ukrayna

İtaliya

Finlandiya

Kipr

Fransa

Latviya

Xorvatiya

Litva

Çex Respublikası

Lixtenşteyn

İsveçrə

Lüksemburq

İsveç

Makedoniya

Ermənistan

1961-ci ildə İnsan Hüquqları Konvensiyasına bənzər İqtisadi və sosial hüquqların qorunması və təmin edilməsinə yönəlmiş Avropa Sosial Xartiyası qəbul edilmişdir.

Əlli ildən artıq vaxtın keçməsinə baxmayaraq, Avropa Şurası və onun fəaliyyəti heç də öz aktuallığını itirməmişdir. O 80-ci illərin sonunda Şərqi və Mərkəzi Avropada baş verən radikal dəyişiliklərdən, hadisələrdən sonra daha da güclənmiş və fəaliyyətini daha da artırmışdır. Bu gün Avropa Şurasının əsas məqsədi yeni üzv dövlətlərə və namizədliyə üzv olan dövlətlərə bu ağır və çətin keçid dövründə yardım etmək və onların demokratiyanın inkişafı sahəsində işlərinə və səylərinə kömək etməkdən ibarətdir. Doğrudan da, ümum-Avropa Qurumu olaraq, Avropa Şurası 2001-ci ildə, artıq 43 dövləti öz ətrafında birləşdirmiş və yenə də demokratik dövlət prinsiplərinə cavab verən yeni üzv dövlətlərin üzünə açıqdır.

İnsan hüquqlarının qorunması sahəsində Avropa Şurasının fəaliyyəti aşağıdakılardan ibarətdir:

Arvopa Şurasının İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulmuş mexanizm vasitəsi ilə vətəndaş və siyasi hüquqların qorunması;

Avropa Sosial Xartiyası ilə nəzərdə tutulan mexanizm vasitəsi ilə sosial və iqtisadi azadlıqların qorunması;

Məhkum olunmuş insanların onların azadlıqdan məhrumolma yerlərində Avropa Şurasının işgəncələrə və qeyri-insani, qəddar və ləyaqəti alçaldan münasibətlərə qarşı komitəsinin üzvlərinin iştirakı ilə daimi olaraq baş çəkmək vasitəsi ilə hüquqlarının qorunmasını təmin etmək;

Qəbul edilmiş Milli Azlıqların Qorunması üzrə Konvensiyasına əsaslanaraq, milli azlıqların qorunmasını təmin etmək;

Qadın və kişilər arasında bərabərliyi təmin etmək;

İrqçilik, dözülməzlik, ksenofobiya və antisemitizmlə mübarizə aparmaq, informasiyanın azad və sərhədsiz yayımına, söz azadlığı və fikir mübadiləsinə zəmanətin gücləndirilməsi.

Konvensiyalar, bir-birini tamamlayan və hüquqi mexanizmlərə əsaslanan, insan hüquqlarının qorunması və təmin edilməsinə yönəlmiş mühüm bir arsenaldır.

Avstriya azadlıqdan məhrum olmuş və tibbi idarələrdə saxlanılan insanlarla rəftar qaydasına aid olan Daxili Cinayət-Prosesual Məcəlləsinin hissəsini və həmçinin, hüquqi yardımın göstərilməsi sistemini dəyişdirmişdir;

Belçika qanuni olaraq nikahda və nikahdan kənarda doğulmuş uşaqların hüquqlarını bərabərləşdirmək məqsədi ilə Vətəndaş Məcəlləsini dəyişdirmişdir.

Bolqarıstan Cinayət Məcəlləsinin dərin reformasını həyata keçirmiş və nəticədə prokurorluq orqanlarının həbsetmə qəti imkan tədbiri vermək səlahiyyəti ləğv olunmuşdur;

Portuqaliya ədliyyə sisteminin effektivliyinin artırılması sahəsində mühüm iş görmüş və yeni Ali Məhkəmə yaratmışdır (Mərkəzi Administrativ Tribunal). Bu məhkəmə administrativ və vergi mübahisələri ilə məşğul olur.

Birləşmiş Krallıq dövlət məktəblərində istifadə olunan fiziki cəzaların tətbiqini ləğv etmişdir.

Konvensiya hüquqi sənəd olaraq, Avropa İnsan Huquqları Məhkəməsi olan nəzarət mexanizmini nəzərdə tutur.

Məhkəmə öz təşəbbüsü ilə çıxış və hərəkət etmək hüququna malik deyil. Məhkəməsi şikayətçi tərəfindən mübahisə edilən daxili hüquq və ya qanunun icra praktikasının Konvensiya ilə qəbul olunmuş hüquq və normalara uyğun olması məsələlərinə baxır. Məhkəmə bu hallarla, Konvensiya ilə təyin edilmiş hüquq və qaydaların pozulması halının olub-olmamasını təyin edir. Dövlətlər Məhkəmənin qərarlarını mütləq yerinə yetirməlidirlər.

Avropa İnsan hüquqları Konvensiyasının nəzarət mexanizmi aşağıdakılardan ibarətdir:

1. Dövlət dövlətə qarşı (maddə 33).

2. Şəxslər dövlətə qarşı (maddə 34).

3. Avropa Məhkəməsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları.

4. Şikayətin aid olub-olmamasının təyini (maddələr 29 və 35).

5. Faktların müəyyənləşdirilməsi. Dostluq şəraitində məsələlərin həllini tapmağa çalışmaq (insan hüquqları prinsiplərinə əsaslanaraq) (maddələr 38 və 39).

6. Məhkəmənin qərarlarının icrasına nəzarət edən Avropa Şurasının Nazirlər Komitəsi (maddə 46 (2)).

Konvensiya qüvvəyə mindiyi gündən onu qəbul edən üzv dövlətlərin sayı get-gedə artmış və üç dəfə çoxalmışdır. Daxil olan çoxsaylı şikayətlərin öhdəsindən gəlmək məqsədilə, baxılmaqda olan işlərin sayının və hər bir işin Konvensiya orqanları tərəfindən baxılma vaxtının azaldılması qərara alınmışdır. Fərdi şəxslərin Konvensiya ilə təyin olunmuş mexanizmə girişi və onun mümkünlüyünü artırmaq və müdafiənin yüksək səviyyəsini təmin etmək məqsədilə bir sıra dəyişiliklər olunmuşdur. Lazımi reformalar 1998-cı ilin noyabr ayının 1-də qüvvəyə minən 11 saylı Protokol vasiətsilə aparılmışdır.

11 saylı Protokol vasitəsilə əlavə olunmuş dəyişikliklər nəticəsində, Konvensiya əvvəl fəaliyyət göstərən nəzərat orqanları olan Məhkəmə və Komissiyanın əvəzinə Daimi Məhkəmə yaratmışdır. Bu vaxtdan Məhkəməyə olan hər bir fərdi şikayət avtomatik olmuş və Məhkəmənin qərarları bütün Konvensiyanı qəbul etmiş ölkələr üçün mütləq olmuşdur. Nazirlər Komitəsi Məhkəmənin qərarlarının icrasına nəzarətedici funksiyasını saxlamış olsa da, lakin qəbul olunan şikayətlərə görə qərar çıxartmaq funksiyasını itirmişdir. Konvensiyanın pozulmasında təqsirli bilinən dövlət bu pozuntuların aşkar edilmiş nəticələrinin aradan qaldırılması üçün müvafiq və ya zəruri tədbirlərin qəbul edilməsinə cavabdehdir. Əgər milli qanunvericilik müəyyən olunan pozuntuların nəticələrini aradan qaldırmasını nəzərdə tutmursa, onda Məhkəmə pozuntuya yol vermiş tərəfi zərər çəkmiş tərəfə maliyyə kompensasiyası ödəməyə məcbur etmək hüququ var. Bundan əlavə, bu pozuntunun bir daha təkrar olunmaması üçün dövlət, adətən, öz qanunvericiliyi və qanunun istifadəsi praktikasına dəyişiklik edir ki, gələcəkdə bu hüquqların qorunmasını təmin etsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmə praktikası ardıcıl olaraq, çox mühüm profilaktik məna daşıyır və dövlətləri mümkün Beynəlxalq Sanksiyalara məruz qalmamaq üçün Konvensiya ilə müəyyən olunmuş hüquq və qaydalara riayət etmək və onların çərçivəsində fəaliyyət göstərməyə məcbur edir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər