Xəbərlər

  • 2 080

Prezident İlham Əliyev Münxendə növbəti uğura imza atdı

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibə verib.

Konfransda iştirak edən Prezident İlham Əliyevin ABŞ dövlət katibi, Avropa İttifaqı Şurasının Prezidenti, ATƏT-in Baş katibi, Avropa İnvestisiya Bankının prezidenti, İsrail Dövlətinin müdafiə naziri və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, eləcə də “Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdakı çıxışları təbii ki, ölkəmizə olan marağın göstəricisi kimi qəbul oluna bilər.Konfrans zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdür. Prezident İlham Əliyevin görüşdən sonra mətbuat üçün verdiyi açıqlamadan məlum oldu ki, görüşdə bir çox məsələlər, o cümlədən də Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu müzakirə olunub.Aparılan müzakirələrdə imzalanması nəzərdə tutulan sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməli olduğu və Qarabağ haqqında hər hansısa müddəanın həmin sənəddə əks olunmasının qəbuledilməzliyi ilə bağlı Azərbaycanın mövqeyi Ermənistan baş naziri ilə yanaşı ABŞ dövlət katibinin də nəzərinə çatıdırlıb.

Eyni zamanda Cənab Prezident İlham Əliyev çıxışı zamanı bildirmişdir ki , Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalıdır, açıqdır. Mən bunu qapalı görüşlərdə də ifadə edirəm, rəsmi açıqlamalarımda da. Bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür.

O ki qaldı, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, yenə də burada da bizim mövqeyimiz tamamilə məntiqlidir. Biz istəyirik ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, əminəm ki, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır.

Cənab Prezident İlham Əliyevin Konfransın əsas proqramındakı iki iclasda iştiraka dəvət edilməsi onun şəxsiyyətinə böyük hörmətin göstəricisi, eyni zamanda ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal miqyaslı aktual mövzu üzrə və Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun qəbul edilməsidir. Avropanın enerji təhlükəsizliyinin təmin olunması, enerji marşrutlarının şaxələndirilməsi, yaşıl enerji, regional kommunikasiya xətlərinin açılması, Orta Dəhliz kimi məsələlərdə ölkəmizin təşəbbüsləri və apardığı uğurlu siyasət, qurduğu səmərəli əməkdaşlıq əlaqələri, Cənubi Qafqazda fəal şəkildə təşviq etdiyi sülh gündəliyi Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər forumun maraq dairəsindədir.

Konfrans çərçivəsində Azərbaycan Prezidentinin bir sıra dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri, rəsmi şəxslər, şirkət rəhbərləri ilə ikitərəfli görüşləri keçirildi ki, bu da xarici siyasətimizin, beynəlxalq əlaqələrimizin inkişafı baxımından önəmli amillərdir.

Münxen Təhlükəsizlik Konfransında beynəlxalq ictimaiyyət Azərbaycanın dünya üçün vacib ölkə olduğunu, ədalətli yanaşmalarını, sülh və təhlükəsizlik naminə səylərini gördü və bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti diplomatik nailiyyətdir.

Aliyə Orucova

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər