Xəbərlər

  • 2 704

“Sky News”: “Qərb Ərdoğanın qələbəsi ilə sarsılacaq!”

image

Türkiyədə sabah seçkilərin ikinci turu başlayır. Bütün dünya mediası sabahkı seçkilərə dair son proqnozlarını manşetlərə çıxarıblar. Ən maraqlı məqam isə qərb mətbuatının mövqeyini Ərdoğanın xeyrinə dəyişməsidir. Dünənə qədər Rəcəb Tayyip Ərdoğanın diktator obrazını canlandıran bir sıra qərb KİV-ləri, bu gün tam başqa mövqedən çıxış edirlər. BBC, “Los Angel Times”, “Al Cazera”, “The Economist”, “The Guardin”, “Sky News” kimi aparıcı KİV-lər son bir neçə gün ərzində Türkiyə mövzusuna geniş yer veriblər. “The Guardin” R.T.Ərdoğanla bağlı yazısına “O çox çalışır” başlığı qoyub. Qəzet zəlzələ bölgəsində hökümətin gördüyü işlərdən bəhs edərək, Türkiyə liderinin daima zəlzələ bölgəsinə səfər etdiyini, Ərdoğanın zərər çəkən insanları daima diqqətdə saxladığını və bunun nəticəsi olarq ikinci tur seçkisində bu amilin mühüm rol oynayacağını yazır. BBC isə “Ərdoğan və Kılıçdaroğlu səslər üçün ümidsizcə yarışırlar” başlıqlı yazı dərc edib. Prezident Ərdoğanın hazırkı seçki tablosunda favorit olduğunu yazan qəzet, K.Kılıçdaroğlunun da suriyalı mühacirləri Türkiyədən çıxarmaq barədə bəyanat verdiyini, beləliklə də CHP liderinin milliyətçi seçici kütləsinin dəstəyi ilə aradakı 2,5 milyon səs fərqini azaldacağına ümid etdiyinə diqqət çəkir. “Sky News” isə “Qərb Ərdoğanın qələbəsi ilə məyus olacaq” başlıqlı yazı dərc edib. Nəşrin yazısında diqqəti çəkən əsas məqam Rusiya Prezidenti Vladimir Putinin də seçkilərdə favortinin Ərdoğan olduğu və bunun NATO müttəfiqləri üçün həzm edilməsi mümkünsüz gerçək olduğunu yazır. Bir sözlə, NATO və Co Baydendən fərqli olaraq qərb mətbuatı Türkiyədəki seçki gerçəklərini daha praqmatik analiz edirlər.

Mətləb Salahov

Digər xəbərlər