Xəbərlər

  • 1 456

“Qalatasaray”ın çempionluq qazancı açıqlandı

image

Futbol üzrə Türkiyə çempionatında 23-cü çempionluğunu qazanan İstanbulun “Qalatasaray” klubunun qazanacağı məbləğ məlum olub. Dünən rəqib meydanında “Ankaragücü” ilə qarşılaşmada 4:1 hesablı qələbə qazanan “cim-bom” çempionatın bitməsinə iki tur qalmış Türkiyə çempionu oldu. “Sarı-qırmızılılar” ilkin olaraq 198 milyon türk lirəsi qazanıb. İstanbul klubu reklam və yayım gəlirlərindən də yararlanacaq. “Qalatasaray” UEFA Çempionlar Liqasında və ya Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanarsa böyük məbləğdə qazanc əldə edəcək.

Mətləb Salahov

Digər xəbərlər