Rəcəb Tayyip Ərdoğanın prezident seçkilərindəki qələbəsindən sonra ABŞ Prezidenti Co Baydenin və onun komandasının Türkiyə liderinə zəng edib təbrik etməsi, bir yerdə çalışmağa davam edəcəklərini bəyan etməsi ABŞ-Türkiyə münasibətləri üçün müsbət xarakterizə olunur. Lakin ABŞ Senatındakı vəziyyət bunun tam əksini əks etdirir.
Məsələ burasındadır ki, ABŞ Senatının Xarici əlaqələr Komitəsinin sədri Bob Menendez 20 milyard dollar həcmindəki F-16 qırıcılarının Türkiyəyə satılması prosesinə qarşı çıxıb. Daha çox Yunanıstan dəstəkçisi kimi tanınan B. Menendez, bu dəfə şəxsən R.T.Ərdoğanı hədəfə alıb. Amerikalı senator Türkiyə liderinin NATO-dakı müttəfiqlərinə qarşı hədələyici çıxışlarının səngiməsinin vacib olduğunu diqqətə çatdırıb. "Ərdoğan davakar mövqeyindən çəkinməlidir. Keçmişdəki kimi davakar mövqeyini davam etdirsə mən də Türkiyəyə F-16 satışına qarşı çıxacam"- B. Menendez belə deyib.
Mətləb Salahov