Xəbərlər

  • 1 639

İsrail-Azərbaycan münasibətləri regionda sabitliyə xidmət edir - ŞƏRH

image

Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi, mədəni köklərə əsaslanır.İsrail dövləti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olmaqla ən mötəbər tədbirlərdə, beynəlxalq görüşlərdə Azərbaycanın haqlı-ədalətli mövqeyini dəstəkləmiş, xalqımıza qarşı dostluq münasibətlərini nümayiş etdirmişdir.

Azərbaycanla İsrail arasında siyasi tərəfdaşlığın xarakterik xüsusiyyəti onda ehtiva olunur ki, bu müttəfiqlik yalnız qarşılıqlı hörmət və ehtiram ifadə edən statik mövqedən ibarət deyil. Bu tərəfdaşlıq konkret istiqamətlərdə ciddi geosiyasi nəticələrə yol açan dövriyyə ilə müşahidə olunur. Məsələn, Azərbaycanın da, İsrailin də məmnun qaldığı müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq bütövlükdə regionun təhlükəsizliyində ciddi rol oynamaqdadır. Hətta, cənab İlham Əliyev açıq formada bəyan etdi ki, "Azərbaycanın İsrailin müasir avadanlığına çıxışı bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır".

Eyni zamada Cənab Prezident İlham Əliyev öz çıxışı zamanı bir daha vurğulamışdır ki , bu gün biz, həmçinin qarşılılıqlı turist axını səviyyəsinin necə qaldırılmasını da müzakirə etdik. Həftədə yalnız dörd reys var və hesab edirəm ki, bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir və bunun təkcə mövsümi əsasda yox, - çünki adətən yay vaxtlarında daha çox uçuşlar olur, - daimi əsasda edilməsi tapşırılmışdır. Həmçinin İsraildə daha çox təqdimat imkanlarının araşdırılması da tapşırılmışdır ki, biz İsraildən daha çox turisti buraya dəvət edə bilək və əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması haqqında daha çox məlumat verə bilək. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə çiyin-çiyinə vuruşublar. Bu gün bu, təkcə Azərbaycanın uğurlu inkişafı, mədəniyyətlərarası sülh və dostluq üçün yox, eyni zamanda, bizim ikitərəfli münasibətlərimiz üçün mühüm amildir. Bilirəm ki, İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir.

İsrail-Azərbaycan münasibətləri tarixən səmimi anlaşmaya əsaslanır. Azərbaycan ilə sabit yaxşı münasibətlər bütün dünyada yəhudi xalqının mənafeyinə uyğundur, lakin bəzi ölkələr bizim tərəfdaşlığmıza və əməkdaşlığımıza ziyan vurmağa çalışır.İsraillilər Azərbaycana gələndə onlar bizim İsrailə münasibətimizi görürlər . Azərbaycanın hər yerində İsrail bayraqları asılıb. Bu, Azərbaycan xalqının səmimi arzusundan irəli gəlir və ölkələrimiz, xalqlarımız arasında münasibətlərə görə minnətdarlıq ifadəsidir. Bizim qarşılıqlı anlaşmamız, dövlətlərarası diplomatik münasibətlərimiz çox yüksək səviyyədədir. Azərbaycan öz müstəqilliyini elan edəndə İsrail onu müstəqil dövlət kimi tanımış ilk ölkələrindən biri oldu.Bu gün Azərbaycan və İsrail arasında dostluq və əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində İsrail Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Ölkələrimiz arasında hərbi sahədə də yaxşı əlaqələr var. İnanırıq ki, iki dövlətin dostluq və əməkdaşlığı bundan sonra daha da dərinləşəcək və güclənəcəkdir.

Aliyə Orucova

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər