Xəbərlər

  • 2 177

Azərbaycan-İsrail münasibətləri yeni inkişaf mərhələsində - ŞƏRH

image

Bu gün Azərbaycan-İsrail münasibətləri yüksələn xətlə inkişaf edir. Bu çox sevindirici və qürurverici haldır. İki ölkə arasında dostluq əlaqələrinin kökü vardır. Bu kökü isə hələ sovet dönəmindən öncə tarixən burada yaşayan yəhudi qardaş və bacıları olub. O vaxtdan da bu günə qədər bizim münasibətlər yalnız inkişaf edib.

Cari ilin 30 may tarixində Azərbaycan Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxak Hersoq arasında görüş keçirilib. Görüşdən sonra prezidentlərin iştirakı ilə “Azərbaycan Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb.

İsraillə Azərbaycan arasında sıx dostluq münasibətləri regionda vəziyyətin sabitləşməsinə xidmət edir və heç bir ölkəyə qarşı yönəlməyən dostluq növüdür. Əksinə, iki ölkə arasında əməkdaşlıq müstəsna olaraq Azərbaycan və İsrail xalqlarının rifahı, inkişafı və rifahına yönəlib. İkitərəfli münasibətlərin inkişaf perspektivləri təsirli görünür. Çünki Azərbaycan-İsrail birliyinin məqsədi regionda sülh və sabitliyi təmin etmək, xalqların həyat keyfiyyətini yüksəltməkdir. İsrailin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi layihələrdə fəal iştirak edir. Azərbaycan İsrailin dəstəyini həm İkinci Qarabağ müharibəsi zamanı, həm də ondan sonrakı mərhələdə - işğaldan azad edilmiş ərazilərin bərpası dövründə hiss edir. Bundan əlavə, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın YAŞAT Fondu İsraildən oftalmoloqları dəvət etmiş, həkimlər mütəmadi olaraq xəstələri müşahidə etmişlər. Onlar əməliyyatlar aparıblar və əməliyyatdan sonrakı qayğıları tamamilə pulsuz həyata keçiriblər. İsrail həkimləri 150-dən çox azərbaycanlı müharibə veteranını əməliyyat ediblər.

Cənab Prezident İlham Əliyev İsrailin dövlət başçısının Azərbaycana səfərini yüksək qiymətləndirərək bildirmişdir: “Əminəm ki, səfər bizim ikitərəfli əlaqələrimizi gücləndirəcək. Aramızda çox fəal siyasi dialoq var və biz cənab Prezidentlə telefonla əlaqə saxlayırıq. İndi isə, əlbəttə ki, rəsmi səfər zamanı bizim ikitərəfli gündəliyimizdə duran önəmli məsələləri müzakirə etmək üçün daha çox imkanımız var. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.”

İki ölkə arasında xüsusilə enerji və hərbi sənaye kompleksi sahələrində əlaqələr ildən-ilə möhkəmlənir. Bu gün turizmdə, mülki texnologiyalarda, mədəni əlaqələrdə də tərəqqi aydın görünür. İsrail investorlarının Azərbaycana marağı artır, azərbaycanlı investorlar isə İsrailə maraq göstərirlər. İki ölkənin biznes qurumları və şirkətləri arasında sürətlə inkişaf edən əlaqələri nümayiş etdirən iqtisadi qarşılıqlı fəaliyyətin yüksək göstəriciləri də az əhəmiyyət kəsb etmir. 2023-cü ilin yanvar-aprel ayları üzrə son məlumatlara görə, İsrail ilə Azərbaycan arasında ticarət dövriyyəsi yarım milyard dolları keçib, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 33,5 faiz artım var. İsrail prezidenti Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu bildirib: “Siz mənə Azərbaycanın Avropanın enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, sözsüz ki, bizimlə əlaqəli Yaxın Şərqə təsiri barədə danışdınız. Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik. Əlbəttə ki, biz elm, kənd təsərrüfatı və giriş nitqində qeyd etdiyiniz bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanlarımızı səbirsizliklə gözləyirik” deyərək o, qeyd edib.Bu gün Azərbaycan və İsrail arasında çox fəal siyasi dialoq və etibarlı əməkdaşlıq əlaqələri vardır.Əminliklə deyə bilərik ki, səfirliyin açılışından sonra münasibətlər bundan sonra daha da dərinləşəcək eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaqdır.

ARZU ƏLİYEVA

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər