Xəbərlər

  • 1 484

Meral Akşenerə ZƏRBƏ: İYİ partiyadan istefalar başladı!

image

Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyip Ərdoğana məğlub olan “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğluna qarşı ittihamlar və istefa çağırışları başlayıb. Artıq Cümhuriyyət Xalq Partiyasının (CHP) əksər üzvləri K.Kılıçdaroğlunun istefasını tələb edirlər. Partiyanın İdarə Heyətində yer almış bir çox şəxslər də bunu ucadan səsləndirirlər. Lakin məsələ təkcə CHP ilə məhdudlaşmır. Belə ki, “Millət İttifaqı”na daxil olan digər partiyalarda da vəziyyət eyni istiqamətdə cərəyan edir. Meral Akşenerin rəhbəri olduğu İYİ Partiyada istefalar yönündə konkret addımlar atılır. Belə ki, partiyanın keçmiş Baş Katibi olan, ötən seçkilərdə İzmirdən deputat seçilmiş Aytun Çıray partiyadan istefa verdiyini açıqlayıb. Keçmiş deputat bu addımını partiyanın seçki strategiyasının və məqsədlərinin özünü doğrulda bilməməsi ilə əlaqələndirib. Əksər türkiyəli siyasi ekspertlər İYİ Partiyada daha bir neçə istefa prosesinin yaşanacağını bəyan edirlər.

Mətləb Salahov

Digər xəbərlər