Xəbərlər

  • 1 134

“Hərəyə bir ağac əkək” - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şəhərin Heydər Əliyev prospekti və Şəhidlər xiyabanının ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiyada YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon təşkilatının əməkdaşları ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak etdilər.

Aksiya zamanı sözügedən ərazidə təmizlik və abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, aksiyanın təşkil edilməsində əsas məqsəd ölkəmizdə ətraf mühitin, meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamaq, şəhidlərimizin əziz xatirəsini yad etmək, rayon ərazisində yaşıllıqların genişləndirilməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.

Digər xəbərlər