BMT Təhlükəsizlik Şurasının üzvləri mətbuata birgə bəyanat yayaraq, İsrailin Qətər ərazisinə hücumlarını pisləyiblər. Bu barədə SİA məlumat yayıb.
“Təhlükəsizlik Şurasının üzvləri Dohada baş verən son hücumları pisləyiblər”, - bəyanatda deyilir.
Lakin sənəddə bu hücumlara görə məsuliyyət daşıyan tərəf kimi İsrailin adı çəkilmir.
Bundan əlavə, Təhlükəsizlik Şurasının üzvləri dövlətin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.
Bəyanatda həmçinin gərginliyin azaldılmasının vacibliyi qeyd edilir və Qətərlə həmrəylik ifadə edilir.
“Onlar BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq Qətərin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiqləyiblər”, - bəyanatda deyilir.
Sentyabrın 9-da İsrail Dohada Həmas rəhbərliyinin yerləşdiyi binaya zərbələr endirib. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi ölkənin hərəkat liderlərinə qarşı əməliyyat keçirdiyini və buna görə məsuliyyət daşıdığını təsdiqləyib.
Bundan əvvəl Qətər rəsmiləri İsrailin Qəzzada girovların azad edilməsi ümidlərini məhv etdiyini bildirmişdi.
VƏLİ