PDF Oxu

Xəbərlər

  • 2 819

Fövqəladə hallar naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

image

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 11-də saat 10:00-da Salyan şəhərində, nazirliyin Muğan Regional Mərkəzinin binasında Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edəcək. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsindən bildirilib. Qəbula gələn vətəndaşların qeydiyyatı oktyabrın 10-u tarixində nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə: tel: +994 (12) 512-01-14 e-mail: [email protected]

Digər xəbərlər