PDF Oxu

Xəbərlər

  • 2 293

Naxçıvanda Mədəniyyət Nazirliyinin yeni strukturu təsdiqlənib

image

Naxçıvan Muxtar Respublikası (MR) Mədəniyyət Nazirliyinin yeni Əsasnaməsi və strukturu təsdiq edilib. SİA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədri bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmana əsasən, muxtar respublika Mədəniyyət Nazirliyinin aşağıdakı regional idarələri yaradılıb:

1. Naxçıvan Şəhər Mədəniyyət İdarəsi, Babək Rayon Mədəniyyət İdarəsi və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin əsasında Naxçıvan Regional Mədəniyyət İdarəsi;

2. Şərur Rayon Mədəniyyət İdarəsi, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin və Sədərək Rayon Mədəniyyət Şöbəsinin əsasında Şərur Regional Mədəniyyət İdarəsi;

3. Ordubad Rayon Mədəniyyət İdarəsi və Culfa Rayon Mədəniyyət Şöbəsinin əsasında Culfa Regional Mədəniyyət İdarəsi.

Digər xəbərlər