Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq matça supervayzer təyin edilib.Bu barədə SİA-ya AVF-dən məlumat verilib.O, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final mərhələsində Türkiyənin "Altekma" və Niderlandın "Slidrext" komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.Qeyd edək ki, yanvarın 7-də İzmirdə keçiriləcək qarşılaşmanın hakimləri maltalı Frenki Tanti və bolqarıstanlı Bojidara Mitkova olacaq.