Elm dünyası hər gün yeni bir araşdırmaya imzasını atır, son araşdırmalara görə yaşlı insanlarda həddindən artıq qəhvə istehlakının xroniki ağrının şiddətini artıra biləcəyi, balıq istehlakının artırılmasının isə ağrıları azalda biləcəyi ehtimalı var. Tədqiqatçılar nəticələrin ehtiyatla şərh edilməli olduğunu vurğulayırlar.
Nikolay Kopernik Universitetinin akademikləri tərəfindən aparılan araşdırmada, 60-88 yaş arası 205 sağlam insan iki il ərzində müşahidə altında tutulub. İştirakçıların qəhvə və balıq istehlakı həftəbəhəftə izlənildi və istehlakdakı dəyişikliklər "azaldılmış", "dəyişməz" və "artmış" kimi təsnif edildi.
Araşdırmanı aparan akademiklər iştirakçılardan həmçinin ağrı səviyyələrini 10 ballıq şkala ilə qiymətləndirmələrini istəyib. Məlumatlara görə qidalanma vərdişlərindəki dəyişikliklər ağrı intensivliyinə təsir göstərib. Tədqiqatın nəticələrinə görə, qəhvə istehlakını artıran iştirakçılar qəhvə istehlakını azaldanlarla müqayisədə orta hesabla 6,56 bal daha yüksək ağrı intensivliyi bildiriblər. Əksinə, daha çox balıq istehlak etməyə başlayan şəxslərdə balıq istehlakını azaldanlarla müqayisədə ağrı intensivliyində orta hesabla 4,45 bal azalma müşahidə olunub. Tədqiqatçılar qeyd ediblər ki, balıq qəbulunu artıran iştirakçılar ağrı intensivliyində əhəmiyyətli dərəcədə azalma müşahidə ediblər. Eyni tədqiqat həmçinin qəhvə istehlakını artıran şəxslərin daha yüksək ağrı balları bildirdiyini göstərib.