Dünya mətbuatı İranın üç dron ilə Azərbaycanın Naxçıvan şəhərində, İranla sərhəd yaxınlığındakı hava limanının sərnişin terminalını hədəf alması haqqında xəbər tirajlayır. "Euronews" məqaləsində yazır:
"Açıqlama verən hakimiyyət orqanları bildirib ki, cümə axşamı günü İran dronlarının Azərbaycanın Naxçıvan Beynəlxalq Hava Limanının sərnişin terminalını hədəf alması nəticəsində ən azı iki nəfər yaralanıb. Azərbaycan hakimiyyətinin açıqlamasına görə, bir dron hava limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəbin yaxınlığında düşüb. Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "İran İslam Respublikası ərazisindən başlayan və hava limanı binasına ziyan dəyən və iki mülki şəxsin yaralanması ilə nəticələnən bu dron hücumlarını qətiyyətlə pisləyirik".
Hadisə yerindən çəkilmiş videolarda hava limanına doğru uçan dron, onun əsas terminalına ziyan və hadisə yerindəki təcili yardım briqadaları görünür.