PDF Oxu

Xəbərlər

  • 1 157

Qobustanda "Dahi Şəxsiyyət" adlı tədbir keçirilib - FOTOLAR

image

"Şəhərsalma və Memarlıq ili" çərçivəsində YAP Qobustan rayon təşkilatının "Nizami Gəncəvi küçəsi" (Elyar Vəliyev adına şəhər 2 saylı tam orta məktəbi) ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi məqsədilə "Dahi Şəxsiyyət" adlı tədbir keçirilib.

Əvvəlcə Partiyamızın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş filmə baxılıb.

Sonra YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov mövzu ilə bağlı geniş nitq söyləyib. Mövzu ətrafında müzakirələrdə ərazi partiya təşkilatının sədri Vüsalə Mamedova, partiya üzvlərindən İlqar Alcanov, Güldəstə Bayımova və Tərxan Bəbirov çıxış etmişdir.

Sonda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə İlqar Alcanova Fəxri Fərman təqdim edilib.

Digər xəbərlər