Bu gün İİF çərçivəsində Bakı Konqres Mərkəzində “Qeyri-maddi investisiyalar: gələcəyin kapitalı və iqtisadi artımın yeni hərəkətverici qüvvəsi” mövzusunda yan tədbir keçirildi.
Sessiyada qeyri-maddi aktivlərin məhsuldarlığın, rəqabətqabiliyyətliliyin və uzunmüddətli iqtisadi artımın yeni mənbəyi kimi rolu müzakirə olundu. Tədbir çərçivəsində əqli mülkiyyətə, proqram təminatına, məlumatlara, tədqiqat və inkişafa, brendlərə və təşkilati imkanlara investisiyalarla bağlı məsələlər diqqət mərkəzində oldu.
Həmçinin qeyri-maddi aktivlərin qiymətləndirilməsi, uçotu və maliyyələşdirilməsi, maliyyə institutları və investorların rolu nəzərdən keçirildi. Bilik əsaslı investisiyaları təşviq edən və əqli mülkiyyəti qoruyan tənzimləyici, hüquqi və institusional çərçivələrin yaradılması da müzakirə olunan əsas istiqamətlərdən idi.
Sessiyada innovasiya, nou-hau və intellektual kapitalın miqyaslana bilən biznes dəyərinə, ixraca və yeni investisiya imkanlarına çevrilməsi məsələlərinə də toxunuldu.
Lalə Mehralı