YAP-ın qələbəsi bələdiyyə seçkilərində mütləqdir
Dünən Suraxanı rayonunun Qaraçuxur və Yeni Günəşlinin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP-ın bələdiyyə seçkilərinə namizədlikləri irəli sürülmüş nümayəndələr gənclərlə görüş keçirildi.
Tədbiri giriş sözü ilə YAP-ın səlahiyyətli nümayəndəsi, YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri, Fərman Rəsulov açaraq, bildirdi ki, dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədar olaraq, Suraxanı rayon təşkilatı mütamadi tədbirlər keçirməkdədir. Tədbirləri keçirməkdə məqsəd seçiciləri maarifləndirməkdir. O bildirdi ki, Qaraçuxur və Yeni Günəşli qəsəbəsindən Yeni Azərbaycan Partiyası tərəfindən rayon bələdiyyəsinə 16 nəfərin namizədliyi irəli sürülüb. Partiyanın tövsiyələrinə əsasən, ötən seçkilərdən fərqli olaraq qadın və gənclərə üstünlük verilib.
F.Rəsulov sakinlərin həmişə seçkilərdə fəal iştirak etdiklərini xatırladaraq, onların yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə də fəal olacaqlarına inandığını və ən layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu qeyd etdi.
Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Solmaz Səfərova bildirdi ki, yerli özünüidarəetmə strukturu elə qurulur ki, vətəndaşlar özləri yerli problemlərin həllində birbaşa iştirak edirlər. Sadəcə, yerli özünüidarəetmə orqanları daim həmin ərazidə yaşayan əhali ilə təmasdadır, onlarla bir yerdədir. Bu gün Azərbaycanda növbəti bələdiyyə seçkilərinə əhali tərəfindən bu qədər marağın artması həm bələdiyyələrin keçən dövrdə gördüyü işlərin nəticəsi kimi həm də, bələdiyyələrin üstün cəhətlərinin əhalidə maraq oyatmasından irəli gələn bir məsələ kimi qiymətləndirdi. S. Səfərova seçiciləri 23 dekabra seçkilərində iştirak etməyə çağırdı.
YAP Suraxanı rayon təşkilatı qadınlar şurasının sədr müavini Kəmalə Qəmbərova çıxış edərək, bildirdi ki, özünüidarəetmə orqanları bir struktur kimi 1999-cu ildə yaradılıb. Bələdiyyələrin əsas vəzifəsini görüş iiştirakçılarına izah edən K. Qəmbərova bələdiyyələrin vətəndaşlara xidmət etdiyini bildirdi. O, qeyd etdi ki, bu baxımdan, sosial problemlərin həllində onların üzərinə böyük məsuliyyət düşür. Bələdiyyələr yerli işlərin görülməsi, həyata keçirilməsi, insanlara xidmət göstərilməsi ilə bağlı təcrübələr əldə ediblər və onların bu işlərdə də müəyyən xidmətləri var. YAP bələdiyyə seçkilərinə "Xalqa xidmət naminə" şüarı ilə gedir. O, bildirdi ki, bələdiyyə seçkilərində gənclərin və qadınların fəal iştirakı bu faktorun cəmiyyətdə sosial ədalət prinsipləri baxımından mühüm əhəmiyyət daşıyır.
Namizədlərdən Arif Cəfərov, Əvəz Mirzəyev və başqaları çıxış edərək, Yeni Azərbaycan Partiyası tərəfindən böyük etimad göstərərək, namizədliyiklərini irəli sürdüklərinə görə təşəkkürlərini bildirdilər. Qeyd etdilər ki, partiyanın proqramına əsasən "Xalqa xidməq naminə" əhalinin güzəranının yüksəldilməsi qayğı göstərəcəklərinə söz verdilər.