YAP-ın namizədlərinə səs vermək, onları dəstəkləmək lazımdır
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar apardığı təbliğat-təşviqat kampaniyasını davam etdirir.
Nəsimi rayon seçiciləri ilə keçirilən görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı Prezident İlham Əliyevin son altı ildə apardığı çoxşaxəli, ölkənin inkişafına xidmət edən siyasət sayəsində Azərbaycanın regionun aparıcı dövlətinə çevrildiyini qeyd etdi. O bildirdi ki, bu gün Azərbaycan həqiqətən böyük inkişaf dövrünü yaşayır: "Ölkə vətəndaşları bu yenilikləri öz həyatlarında hiss edirlər. Bildiyiniz kimi, qarşıdan bələdiyyə seçkiləri gəlir. Yerli özünüidarəetmə orqanları olan bələdiyyələr də ölkəmizin ictimai, sosial-iqtisadi həyatında mühüm rola malikdir. YAP Nəsimi rayon təşkilatı da bələdiyyələrə öz namizədlərini irəli sürüb. Bu namizədlərin böyük bir hissəsini isə qadınlar və gənclər təşkil edir. Mən inanıram ki, bütün Nəsimi rayon seçiciləri ölkəmizin inkişafını hər şeydən üstün tutaraq, bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklər".
Görüşdə çıxış edən bələdiyə üzvlüyünə namizəd Gülnarə Abdullayeva vurğuladı ki, bu gün Azərbaycanda səhiyyə, təhsil sahəsində aparılan əsaslı işlər bu sahələrin, demək olar ki, Avropa standartlarına uyğunlaşdırılmasına şərait yaradılıb.
Nəsimi rayon bələdiyyəsinin fəaliyyətdə olan sədri, bələdiyyə üzvlüyünə namizədi Əziz Axundov çıxışında ölkəmizin istər siyasi, istərsə də iqtisadi cəhətdən son illərdə əldə etdiyi uğurlardan bəhs etdi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həm daxili, həm də xarici siyasət sferasında əldə olunan nailiyyətlərin xalq tərəfindən birmənalı şəkildə dəstəklənir.
Bələdiyyə üzvlüyünə namizəd Rahib Hacıyev çıxışında bildirdi ki, ölkəmizdə bu quruma seçkilər, ilk dəfə olaraq, 1999-cu ildə keçirilib.
Namizədlərdən Almara Paşayeva, Nailə İsmayılova, Teymur Nəbiyev çıxış edərək, seçicilərin dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində xalqımız Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə ümidli olduğun bildirdilər.
Daha sonra namizədlər seçiciləri maraqlandıran suallara cavab verdilər.