YAP-ın səlahiyyətli nümayəndələri Nərimanov rayon seçiciləri ilə görüşüb
Dünən bələdiyyə seçiklərinin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının təmsilçiləri Nərimanov rayonu, "Əhməd Rəcəbli" küçəsində yaşayan seçicilərlə görüşüblər.
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri-Milli Məclisin deputatı Əhməd Vəliyev və YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev seçicilər qarşısında çıxış edərək yerli özünüidarəetmə orqanlarının cəmiyyətdəki rolundan danışıblar. Qeyd olunub ki, vətəndaşlar yaşadıqları ərazilərdə fəaliyyət göstərən bələdiyyələrlə sıx təmasda olmalı, yerli problemlərin həll olunmasında birgə çalışmalıdırlar. Səlahiyyətli nümayəndələr YAP-ın fəaliyyətinin əsas qayəsinin xalqa xidmət təşkil etdiyini deyərək, seçiciləri partiyanın namizədlərinə səs verməyə çağırıblar.