PDF Oxu

Xəbərlər

  • 39

ATƏT-in Bakı Ofisi və Prezident Administrasiyası mətbuat xidməti təmsilçiləri üçün təlim sessiyalarına başlayır

ATƏT-in Bakı Ofisi və Prezident Administrasiyası mətbuat xidməti təmsilçiləri üçün təlim sessiyalarına başlayır
ATƏT-in Bakı Ofisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi ilə, jurnalistlər və hökumət orqanlarında çalışan mətbuat xidməti təmsilçiləri üçün təlim sessiyalarına başlayır. Bu barədə SİA-ya ATƏT-in Bakı Ofisinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, müxtəlif media orqanlarını təmsil edən redaktor və jurnalistlər üçün keçiriləcək üç günlük təlimlər zamanı, "İnformasiya əldə etmək haqqında" 2005-ci ildə qəbul olunmuş Qanuna əsaslanaraq, obyektivlik, qərəzsizlik və ictimai məsuliyyətə dair jurnalistika standartlarına, eləcə də rəsmi məlumatın istifadəsinə xüsusi diqqət yetiriləcək.
Bu mövzuları müzakirə etmək üçün sessiyalar zamanı media nümayəndələrinin fəal iştirakı ilə praktiki məşğələlər və jurnalistlərin yazdıqları nümünələrdən istifadə olunacaq. Daha sonra isə ATƏT-in Bakı Ofisi Hökumət orqanlarının mətbuat xidməti təmsilçiləri üçün üç günlük təlimlər keçirəcək.
Təlimlər zamanı mətbuat xidməti nümayəndələrinə səlahiyyətlərini yerinə yetirmək üçün praktiki biliklər veriləcək. Burada press relizlərin hazırlanması, mətbuat konfranslarının təşkili və jurnalistlərin müraciətlərinin cavablandırılmasına əsas diqqət yetiriləcək.
Bundan əlavə iştirakçılara təmsil etdikləri qurumların bəyanatlarını cəmiyyətə daha səmərəli çatdırılmasının yolları barədə məlumat veriləcək.
Beynəlxalq ekspertlərin keçirəcəyi təlim sessiyalarının sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, "İnformasiya əldə etmək haqqında" Qanun informasiyanın azad və maneəsiz əldə olunması üçün hüquqi əsas yaratmaqla, açıq cəmiyyət və mütərrəqqi idarəçilik prinsiplərini özündə ehtiva edir. Bu qanun həmçinin vətəndaşlara ictimai xadimlərin fəaliyyətini müşahidə etməyə imkan verir.

Digər xəbərlər