PDF Oxu

Xəbərlər

  • 45

YAP-ın uğurlarının arxasında xalqın inamı və dəstəyi dayanır

YAP-ın uğurlarının arxasında xalqın inamı və dəstəyi dayanır
Dünən Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatı bələdiyyə seçkilərində namizədliyi qeydə alınmış partiya üzvləri ilə seçicilərin növbəti görüşü keçirildi. Şəmkir rayonun Çinarlı qəsəbəsi və İlmaşlı kəndlərində keçirilən görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək, "partiyamızın digər yerli strukturları kimi, YAP Şəmkir rayon təşkilatı da bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşır" fikrini söylədi.
F.Vəliyev bildirdi ki, 125 ilk partiya təşkilatının tərkibində 7648 nəfər partiya üzvünü özündə birləşdirən YAP Şəmkir rayon təşkilatında 2343 nəfəri gəclər təşkil edir: "Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatı prezident, parlament, bələdiyyə seçkilərində əhali ilə münasibətini yüksək səviyyədə qurmaqla, nəticədə seçkilərdə tam qələbə əldə edildi. Belə ki, 98 saylı Şəmkir şəhər seçki dairəsinin əhatə etdiyi 33 seçki məntəqəsində 99 saylı Şəmkir kənd seçki dairəsinin əhatə etdiyi 36 seçki məntəqəsində, 100 Şəmkir-Daşkəsən seçki dairəsinin əhatə etdiyi 29 seçki məntəqəsində və 102 saylı Samux-Şəmkir seçki dairəsinin əhatə etdiyi 7 seçki məntəqəsindən səsvermə hüququna malik olan 99188 min seçicinin siyahılarının dəqiqləşdirlməsi ilə əlaqədar işlər davam etdirilir. Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı tərəfindən 46 bələdiyyəyə 416 nəfərin namizədliyi irəli sürülüb ki, onların 141 nəfəri, yəni 33 faizi qadınlar, 132 nəfərini, yəni 29 faizini gənclər təşkil edir. Ölkəmizin ictimai-siyasi həyatında böyük rol oynayan bələdiyyə seçkilərinin birinci mərhələsi olan imzatoplama kampaniyası uğurla başa çatdırılıbdır".
Tədbirdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə yerli özünüidarə strukturunun inkişafına stimul verməyin vacibliyini və bu seçkilərdə YAP-ın namizədlərinə səs verməklə buna dəstək verəcəklərini seçicilərin diqqətinə çatdırdı: "Hər bir Azərbaycan vətəndaşı bələdiyyələrin inkişafına kömək etmək məqsədilə səsvermədə iştirak etməlidir. YAP-ın namizədləri isə layiqli və kifayət qədər nüfuzlu insanlardılar. Məhz ona görə də, mən sizi YAP-ın namizədlərinə səs verməyə çağırıram".
Bələdiyyələrin normal fəaliyyət göstərmələri üçün müvafiq qanun aktlarının qəbul olunduğunu deyən V.Rəhimzadə bu quruma yeni ruhun gətirilməsinin vacibliyini qeyd etdi: "Yeni ruh isə gəncliyin qüvvəsindən istifadə etməklə gətiriləcək".
Bələdiyyə seçkilərində qadınların da fəal iştirakını xüsusi vurğulayan V.Rəhimzadə bu faktorun cəmiyyətdə sosial ədalət prinsipləri baxımandan mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı: "Bələdiyyələrə məhz onun fəaliyyət göstərdiyi ərazidən üzvlərin seçilməsi Ümummilli Liderimiz Heydər Əliyev dühasının böyüklüyünün nəticəsidir. Məna isə, ondan ibarətdir ki, bələdiyyə üzvləri əhatə etdikləri ərazinin, əhalinin problemlərini, onların həlli yollarını dərindən bilsinlər".
YAP-ın səlahiyyətli nümayəndəsi Yeni Azərbaycan Partiyasının təbliğata qanunla müəyyənləşmiş gündən "Xalqa xidmət naminə" devizi altında start verdiyini xüsusi vurğuladı: "Partiyamız bu seçkilərdə qarşısına bir sıra məqsədlər də qoyub. YAP yerli özünüidarəetmədə demokratikləşmənin dərinləşməsi, bələdiyyələrin fəaliyyətinin daha keyfiyyətli təmin olunması məqsədilə hüquqi bazanın möhkəmləndirilməsi, "Regionların Sosial İqtisadi İnkişafına dair Dövlət Proqramı"nın icrasında bələdiyyələrin fəal iştirakının təmin edilməsi, yerli resursların daha səmərəli şəkildə istifadəsinin təşkili, bələdiyyə ərazilərində maddi mədəniyyət abidələrinin qorunması, turizm potensialının inkişafı, buna paralel olaraq, bölgələrdə turizmin inkişafının təmin olunması və digər mühüm məsələlərin həlli dekabrın 23-də keçiriləcək seçkilərdən sonra formalaşacaq bələdiyyələrin əsas diqqət ayırmalı olduğu başlıca vəzifələrdir".
Sonda tədbir iştirakçıları seçiciləri maraqlandıran sualları cavablandırıblar.

Digər xəbərlər