YAP - ın Sədr müavini Əli Əhmədov Avropa Xalq Partiyasının “2009 Bonn” Konqresində iştirak edir
Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov Avropa Xalq Partiyasının "2009 Bonn" Konqresində iştirak edir.
Almaniya kansleri Angela Merkelin təşkilatçılığı ilə 8 - 10 dekabr tarixlərində Bonn şəhərində işini davam etdirəcək konqresdə AXP - nin əsas prioritet sahələrindən olan Sosial Bazar iqtisadiyyatı haqqında müzakirələr aparılacaqdır.
Almaniya Bundestaqında keçirilən konqresdə Avropanın dövlət və hökumət başçıları, parlamentarilər, həmçinin, mindən artıq nümayəndə iştirak edir. Milli Məclisin deputatı Asəf Hacıyev YAP nümayəndə heyətinin tərkibində konqresdə iştirak edir.