“MİCROSOFT” “WİNDOWS-7” əməliyyat sisteminin Azərbaycan dilinə tərcüməsi üzərində işə başlanılıb
"Microsoft" şirkəti "Vista" əməliyyat sisteminin davamı hesab olunan "Windows-7" əməliyyat sisteminin Azərbaycan dilinə tərcüməsi üzərində işə başlayıb. Yeni əməliyyat sisteminin tez bir zamanda istifadəyə verilməsi və onun Azərbaycanda tətbiqi barədə danışan "Microsoft Azərbaycan" şirkətinin baş direktoru Teymur Axundov dünyanın digər ölkələri kimi, Azərbaycanın da innovasiyalara qarşı çox tələbkar olduğunu qeyd edib. "Microsoft" "Windows-7" əməliyyat sistemini (ƏS) artıq işləyib hazırlayıb. Yeni əməliyyat sisteminin cari il oktyabrın 22-də satışa çıxarılacağı nəzərdə tutulub.