PDF Oxu

Xəbərlər

  • 62

Dağlıq Qarabağ üzrə “İnternational Alert” ictimai sülhyaratma forumu payızda keçiriləcək

Dağlıq Qarabağ üzrə “İnternational Alert” ictimai sülhyaratma forumu payızda keçiriləcək
"İnternational Alert" Avrasiya proqramları layihəsinin direktoru Desislava Rusanova bildirmişdir ki, iyulun axırları üçün Moskvada keçirilməsi planlaşdırılan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə himayə üzrə İctimai sülhyaratma forumu payıza qədər təxirə salınır.
Ofisin mətbuat üçün məlumatında deyilir: "Son aylar ümidlər artmaqdadır ki, danışıqlar prosesi daha intensiv şəkil alır. Regionda bir çoxları hadisələrin belə inkişafını alqışlayır, lakin danışıqlar prosesində belə intensivlik, eyni zamanda, cəmiyyətlərdə mövcud qorxu və məyusluq hissinin kəskinləşməsi üçün zəmin yaratmışdır. İctimai sülhyaratma prosesinin siyasi proses olmamasına baxmayaraq, onun məqsədləri başqadır, siyasi vəziyyət ictimai sülhyaratma və xalq diplomatiyası təşəbbüsləri kontekstinə təsir edir. Biz ictimai dialoqun siyasiləşməsinə yol vermək istəmirik. Təşkilatçısı "İnternational Alert" olan İctimai sülhyaratma forumu daim siyasi qütbləşmənin baş verməməsinə maksimum dərəcədə çalışmışdır. Bundan irəli gələrək hesab edirik ki, forumun keçirilməsinin payıza saxlanması məqsədəuyğundur. Həmin foruma qədər bu gün üçün vacib olan icmalar arasında dialoqa körpü yaradılmasına kömək göstərəcək gündəliyi və formatı hazırlamaq məqsədi ilə ictimaiyyətlə bir sıra müzakirələr aparılacaqdır. İyulun 23-dən 25-dək Moskvada Avrasiyada və xüsusən Cənubi Qafqazda yeni sülhyaratma strategiyası üzrə müzakirələr olacaqdır. Regionda həmrəyliyin və etimadın möhkəmləndirilməsi üçün "yol xəritəsi"nin həyata keçirilməsi və irəlilədilməsinin yeni imkanları müzakirə olunacaqdır. Müzakirələr sülhyaratma təşəbbüsləri ekspertlərinin Avrasiya forumu çərçivəsində keçiriləcəkdir. Görüşün ilk günü (23 iyul) Gürcüstan-Rusiya dialoquna həsr ediləcəkdir. Həmin görüşdə Rusiya və Gürcüstan siyasətçiləri iki ölkənin münasibətləri ilə bağlı problemlər ətrafında fikir mübadiləsi aparacaqlar. Görüşün növbəti iki günü Cənubi Qafqazın problemlərinə həsr olunacaqdır. Tədbirdə Cənubi Qafqaz, Rusiya, Böyük Britaniya və digər ölkələrdən ekspertlər və siyasətçilər iştirak edəcəklər.

Digər xəbərlər