PDF Oxu

Xəbərlər

  • 49

“Narkotiklərin qanunsuzdövriyyəsinə qarşı mübarizədə KİV-in rolu”

“Narkotiklərin qanunsuzdövriyyəsinə qarşı mübarizədə KİV-in rolu”
Bu gün saat 15.00-da Azərbaycan Mətbuat Şurasında Cənubu Qafqazda Narkotiklərə Nəzarət Proqramı (SCAD) və Mətbuat Şurasının təşkilatçılığı ilə "Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə KİV-in rolu" mövzusunda dəyirmi masa keçiriləcək. Tədbirdə hər iki qurumun rəhbərliyi ilə yanaşı müvafiq dövlət təşkilatlarının, ictimai birliklərin təmsilçilərinin, həmçinin, jurnalistlərin iştirakı nəzərdə titulur.
Konfransda "Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı"nın mahiyyəti, fəaliyyət istiqamətləri, gördüyü işlər barədə məlumat veriləcək, bu sahədə fərqlənən KİV redaksiyalarına və jurnalistlərə mükafatlar təqdim ediləcək. Tədbirdə iştirakçılara narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin mediada işıqlandırılma qaydalarına həsr olunan təlimat kitabı da təqdim olunacaq.

Digər xəbərlər