PDF Oxu

Xəbərlər

  • 57

Azərbaycan uğurla inkişaf edir

Azərbaycan uğurla inkişaf edir
YAP Xızı rayon təşkilatı idarə heyətinin növbəti toplantısı keçirilib Dünən YAP Xızı rayon təşkilatının toplantısı keçirilib. Toplantıda ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə əlaqədar rayonda keçiriləcək geniş elmi-praktiki konfransa hazırlıq, YAP sıralarına yeni üzüvülərin qəbul edilməsi və digər məsələlər müzakirə edildi. YAP Xızı rayon təşkilatının sədri Fərrux Heydərov toplantını giriş sözü ilə açaraq bildirdi ki, ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə əlaqədar respublikamızın bütün regiondlarında olduğu kimi, Xızı rayonunda da geniş elmi-praktiki konfransa hazırlıq hər birimizdə daha böyük məsuliyyət tələb edir: "Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərib. Bunların sırasında ən əsası müstəqil Azərbaycan dövlətinin qurulmasıdır. Hələ ötən əsrin 70-80-ci illərində sovet dönəmində respublikamızın inkişafında Heydər Əliyevin rolu əhəmiyyətli dərəcədə böyük olub. Ulu öndərimiz tariximizə qurucu insan kimi daxil olub: "Bu gün ulu öndər Heydər Əliyev cismən bizdən ayrı olsa da, ruhən xalqımızın qəlbində həmişə yaşayır. Ulu öndər Heydər Əliyevin böyüklüyü zaman keçdikcə daha əzəmətli görünəcək".
YAP Xızı rayon təşkilatının sədri onu da bildirdi ki, ulu öndərin uğurlu siyasətini layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf etməkdədir. Bu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir, əhalinin rifah halı daha da yüksəlir və ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənir. Xalq bu siyasəti dəstəkləyir və onun davamlı olmasını istəyir.
F.Haqverdiyev Xızı rayonunda belə bir mötəbər tədbirə ciddi hazırlıq işlərinin aparıldığını söyləyərək, qeyd etdi ki, Xızı rayon icra hakimiyyətinin təşəbbüsü ilə tədbir yüksək səviyyədə keçiriləcək.
Toplantıda YAP Xızı rayon təşkilatının sədrinin müavini Bəkdaş Nəbiyev və Namiq Quliyev çıxış edərək rayonda aparılan quruculuq-abadlıq işlərindən, əldə edilən nailiyyətlərdən danışdılar. Bildirdilər ki, bugünkü firavanlıq ulu öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Xalqımız çox xaşbəxtdir ki, ulu öndərin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi ölkənin - Azərbaycanın vətəndaşlarıyıq. Çıxış edənlər onu da vurğuladılar ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsinin 40 illik fəaliyyəti ilə bağlı keçiriləcək tədbirlərə Xızı rayonunun, həmçinin, bütün Yeni Azərbaycan Partiyasının üzvlərinin yüksək əhvali-ruhiyyə ilə hazırlaşırlar.

Digər xəbərlər