PDF Oxu

Xəbərlər

  • 54

AŞ-ın Nazirlər Komitəsi Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır

AŞ-ın Nazirlər Komitəsi Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır
Avropa Şurasının rəsmi saytında bildirilir ki, qurumun Nazirlər Komitəsinin 1062-ci iclasında Azərbaycanda, Belarusda, Bosniya və Herseqovinada demokratiyanın inkişafı və sabitliyin möhkəmləndirilməsi ilə bağlı müzakirələr keçirilib. Azərbaycana dair məsələnin müzakirəsi zamanı Nazirlər Komitəsinin ölkəmizlə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğu xüsusi vurğulanıb. 2009-2010-cu illərdə AŞ-ın Nazirlər Komitəsi ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində 22 layihənin həyata keçirilməsi qərara alınıb. Layihələrdə korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə, insan hüquqlarının müdafiəsinin gücləndirilməsi, seçki sisteminin daha da təkmilləşdirilməsi, yerli demokratiyanın inkişafı və digər məsələlər əksini tapıb. Layihələrin bir çoxunun Avropa Komissiyası tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub.

Digər xəbərlər