PDF Oxu

Xəbərlər

  • 58

Ombudsman təsisatının nümayəndələri İtaliyada olublar

Ombudsman təsisatının nümayəndələri İtaliyada olublar
Ombudsman Aparatının əməkdaşları İtaliyanın Padua şəhərində "Terrorizmə qarşı mübarizədə milli insan hüquqları institutlarının rolu" mövzusunda seminarda iştirak ediblər.
Tədbir Padua Universitetinin insan hüquqları mərkəzi, habelə Avropa Şurası (AŞ) İnsan Hüquqları və Hüquqi Məsələlər Baş Direktorluğunun birgə təşkilatçılığı ilə keçirilib. Seminara Beynəlxalq Ombudsmanlar İnstitutunun təmsilçiləri, AŞ-ın, Padua Universitetinin ekspertləri, bir sıra ölkələrin nümayəndələri qatılıblar. Ombudsman Aparatından bildirmişlər ki, tədbirdə "Terrorizmlə mübarizə tədbirləri və insan hüquqları", "Terrorizm qurbanlarının hüquqlarının təmin olunması", "Şübhəli şəxs qismində saxlanılmış, habelə məhkum terroristlərin hüquqlarının müdafiəsi" və s. mövzularda məruzələr dinlənilib. Azərbaycan Ombudsman təsisatının nümayəndələri müzakirələrdə çıxış edərək, insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən terrorizmlə mübarizə sahəsində müvəkkilin fəaliyyəti barədə məlumat verib. Eyni zamanda, Azərbaycan həqiqətləri, Ermənistanın respublikamıza qarşı təcavüzü, ölkəmizdə törədilmiş terror aktları, ombudsmanın bununla bağlı dünya ictimaiyyətinə və xarici ombudsmanlara göndərdiyi bəyanatlar diqqətə çatdırılıb.

Digər xəbərlər