PDF Oxu

Xəbərlər

  • 70

“Müstəqil, demokratik Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir”

“Müstəqil, demokratik Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir”
Dünən Mingəçevir icra hakimiyyəti Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı ilə biriikdə 28 May Respublika Günü münasibətilə "Müstəqil, demokratik Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir" mövzusunda elmi-nəzəri konfrans keçirib. Elmi-nəzəri konfransdan əvvəl tədbir iştirakçıları şəhərin mərkəzi prospektində ulu öndər, partiyanın yaradıcısı Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə əklil və gül-çiçək dəstələri düzmüş, dahi rəhbərin adını daşıyan muzeyə baxış keçiriblər. Sonra Heydər Əliyev muzeyinin konfrans salonunda konfrans öz işinə başlayıb.
Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev elmi-nəzəri konfransı giriş sözü ilə açaraq, 1969-cu ildən ümumilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı üçün yorulmadan gördüyü işlərdən danışıb. Sonra elmi-nəzəri konfransın proqramı əsasında sözü məruzəçilərə verib. Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının dekanı, filologiya elmləri namizədi N.Manafov "1969-1982-ci illər Azərbaycanda həyata keçirilən siyasət müstəqillik dövrünə hazırlıq mərhələsidir", Mingəçevir şəhəri 2 saylı orta məktəbin direktoru M.Cavadov "Heydər Əliyev müstəqil, demokratik Azərbaycan dövlətinin banisidir", YAP Mingəçevir şəhər təşkilatının sədr müavini, icra hakimiyyəti başçısının birinci müavini, siyasi elmlər namizədi İ.İsmayılov "Müasir Azərbaycan cəmiyyətinin demokratikləşməsi ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamıdır" mövzuları ətrafında çıxış ediblər.
Mövzular ətrafında YAP Mingəçevir şəhər təşkilatının sədri C.Yusubov və 6 saylı ərazi ilk partiya təşkilatının sədri, fizika-riyaziyyat elmlər doktoru, professor O.Rzayev çıxış edərək, ümumilli lider Heydər Əliyevin hakimiyyətə gələrək Azərbaycanı məhv olmaqdan xilas etməsindən, Azərbaycanın iqtisadi inkişafındakı xidmətlərindən ətraflı danışıblar.
Konfransın sonunda Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev çıxışında məruzəçilərə öz minnətdarlığını bildirib. Bir daha qeyd edib ki, hər bir şəxs ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafındakı böyük xidmətlərini daim təbliğ etməlidir. Yetişən gənc nəsil bundan xəbərdar olmalıdır. Hər bir azərbaycanlı, xüsusilə, gənclərimiz vətənini, xalqını sevməyi ümumilli lider Heydər Əliyevdən öyrənməli və Onun kimi sevməlidirlər.

Digər xəbərlər