Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı cəbhə bölgəsinə əsgərlərlə görüşə gedəcəkdir
28 May Respublika Günü münasibətilə Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı cəhbə bölgəsinə səfər edəcəkdir. Cəbhə bölgəsində xidmət edən əsgər və zabitlərlə görüş keçiriləcək, bayram konserti təşkil ediləcəkdir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının nümayəndələri hər il bayram ərəfəsində cəbhə bölgələrinə səfərlər edir, Milli Ordunun əsgərləri ilə görüşlər keçirirlər.