PDF Oxu

Xəbərlər

  • 69

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Haqqında” Konstitusiya qanununa əlavə və dəyişikliklər olunacaq

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Haqqında” Konstitusiya qanununa əlavə və dəyişikliklər olunacaq
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkil bu vəzifəyə 2 dəfə seçilə biləcək. Bu barədə Milli Məclisin insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin mayın 20-də keçirilmiş birgə iclasında məlumat verilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, 63 deputat "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişikliklər edilməsi təklifi ilə çıxış edib.
Ə.Hüseynov bildirib ki, mövcud qanunla bir şəxs 1 dəfə 7 il müddətinə müvəkkil seçilə bilər. Təklif olunan əlavədə isə göstərilir ki, eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Həm də müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.
Komitə sədri qeyd edib ki, artıq ölkəmizdə müvəkkillik institutu tam formalaşmış, kifayət qədər özünü tanıtmışdır. Məhdudiyyətin aradan qaldırılması müvəkkil institutunun müstəqilliyinə heç bir problem yaratmayacaq. Müzakirələr zamanı deputatlar ombudsman institutunun özünü cəmiyyətdə və beynəlxalq aləmdə təsdiqlətməsi üçün mövcud müddətin yetərli olmadığını qeyd etmiş, müddətin artırılmasının məqsədəuyğun olduğunu bildiriblər. İclasda bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi məsələsinə də baxılıb. Sonda qanun layihələri təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunub.

Digər xəbərlər