PDF Oxu

Xəbərlər

  • 58

18 May Beynəlxalq Muzeylər Günüdür

18 May Beynəlxalq Muzeylər Günüdür
Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsində 18 May Beynəlxalq Muzeylər Günü münasibətilə "Mədəniyyət və incəsənət sahələrinə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi" mövzusunda elmi-nəzəri konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan ADMİU-nun kulturologiya fakültəsinin dekanı, kulturologiya elmlər doktoru Abdin Əlizadə tədbir iştirakçılarını salamlayaraq, 18 May Beynəlxalq Muzeylər Günü münasibətilə təbrik etdi.
Tədbirdə universitetin gənc tələbələri - Lalə Həsənova "Çağdaş qloballaşma dövründə muzeylərimizin yeni texnologiya ilə təminatı və qarşıda duran vəzifələr", Rəna İbazadə "Müasir dövrdə muzeylərimizin mədəni-mənəvi gerçəklikdə mövqeyi", Lalə Əliyeva "Muzeylərimiz mədəni irs və tarixi-mədəni varisliyin qorunması vasitəsi kimi", Toğrul Bayramlı "İnformasiya fəzasında mədəni irsin qorunması", Təranə Xudabaxşiyeva "Mədəni irsimizin qorunub saxlanmasında rəqəmsal texnologiyaların tətbiqi", Turac Hacıyeva "Vizual incəsənət. Zamanın nəbzi" mövzusunda məruzələrlə çıxış etdilər.
Sonda tədbirdə iştirak edən Muzeyşünaslıq kafedrasının müdiri professor Ramiz Ağayev və İqtisadiyyat və informatika kafedrasının müdiri dosent Məleykə Həsənova konfransın mövzusunu informasiya-kommunikasiya texnologiya sahəsində vaxtilə ulu öndər Heydər Əliyev və onun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən proqramların tərkib hissəsi hesab edərək, belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirdilər.

Digər xəbərlər