Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Zumaya təbrik məktubu göndərib
Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Cənubi Afrika Respublikası xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm."