PDF Oxu

Xəbərlər

  • 66

Mən həmişə səninləyəm, Azərbaycan!

Mən həmişə səninləyəm, Azərbaycan!
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata istinadən, Neftçala rayon Mərkəzi Kitabxanasında ümummilli lider Heydər
Əliyevin anadan olmasının 86 illiyi qeyd olundu.
Tədbir başlamazdan öncə iştirakçılar ulu öndərin xatirəsini yad etmək məqsədilə Onun abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbir Mərkəzi Kitabxanada, ulu öndərin şərəfinə yaradılmış guşədə davam etdirildi.
Azərbaycan xalqının böyük oğlu, milli iftixarı olan Heydər Əliyev, həyatını bütünlüklə Azərbaycan, onun müstəqilliyi, vətənimizin yüksəlişi, çiçəklənməsinə həsr etmiş böyük şəxsiyyətdir. Daim xalqının xoşbəxtliyi naminə çalışmış, onun maddi rifahının yüksəlməsinə səy göstərmiş dahi şəxsiyyətin ömür yolu bütün Azərbaycan üçün böyük bir salnamədir. Xalqımızın yaxın tarixinə imza atmış Heydər Əliyev vətənimizin dövlətçilik quruculuğunda öz möhürünü vurmuş böyük şəxsiyyətdir. Zamanın bayraqdarına çevrilmiş bu dahi insanın ömür yolu, fəaliyyəti, bütün il boyu, silsilə olaraq kitabxanaların bütün şöbə və bölmələrində müxtəlif formalarda təbliğ edilir.
MKS-in "Oxu zalı" bölməsinin təşkilatçılığı ilə təşkil olunmuş " Mən həmişə səninləyəm, Azərbaycan!" adlı bu tədbirdə ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu, əməli və siyasi fəaliyyəti oxucuların nəzərinə çatdırıldı. Rəngarəng çıxışlar, fəal oxucuların, şagirdlərin ifasında söylənən şeirlər iştirakçılarda böyük ruh yüksəkliyi yaratdı. Burada, həmçinin, Heydər Əliyev, onun uğurlu siyasi fəaliyyəti ilə bağlı disqlər nümayiş olundu, eləcə də, ulu öndərə sevgi ilə həsr olunmuş musiqilər dinlənildi.
Tədbirin sonunda rayon MKS-in direktoru Elmira Kazımova çıxış edərək, tədbir iştirakçılarını təbrik etdi və onlara öz təşəkkürünü bildirdi. O öz çıxışında ulu öndərin siyasi kursunun layiqli davamçısı, hörmətli Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti və fəaliyyəti haqqında danışaraq, gələcəyimizin uğurlu əllərdə olduğunu əminliklə vurğuladı.

Digər xəbərlər