PDF Oxu

Xəbərlər

  • 60

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının qüdrətini dünyaya nümayiş etdirdi

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının qüdrətini dünyaya nümayiş etdirdi
Dünən Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının və Neft Emalı zavodunun birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 86-cı ildönümü ilə əlaqədar rayon ictimaiyyətinin iştirakı ilə NEZ-in Heydər Əliyev Mərkəzində növbəti tədbir keçirildi. Tədbir iştirakçıları, ilk öncə, NEZ-in həyətində ucaldılmış ulu öndərin abidəsini ziyarət edib, əklil və tər çiçəklər düzdülər.
YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva tədbir iştirakçılarını salamlayaraq, ulu öndər Heydər Əliyevin 86-cı ildönümü ilə əlaqədar tədbirlər çərçivəsində keçirilən bu görüşün, məhz Neft Emalı zavodunun seçilməsinin də heç təsadüfi olmadığını dilə gətirdi. Təşkilat sədri vurğuladı ki, Azərbaycan xalqının Böyük Şəxsiyyəti, məhz sovetlər dönəmindən başlayaraq, ölkəmizdə bir çox infrastruktur sahələrinin inkişafına diqqət ayırmışdır. Məhz Onun diqqət və qayğısı nəticəsində neft emalı sənayelərinin yaradıldığını qeyd edən S.Vəliyeva Azərbaycanın bugünkü uğurlarının əsasının o dövrlərdən qoyulduğunu bildirdi. Qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyev öz uzaqgörənliyi və qətiyyəti sayəsində ölkəmizin daxili və xarici uğurlarının təminatına imkan yaranmışdır: "Ulu öndərimiz Heydər Əliyev öz canından çox sevdiyi Azərbaycanı üçün əlindən gələn bütün işləri görmüşdür. Baxmayaraq ki, ölkəmiz sovetlərin tərkibində idi və milli müqəddəratımız öz yerini tapmamışdı, amma bütün bunlar Heydər Əliyev şəxsiyyətinin böyüklüyü nəticəsində qaydasına salındı. Hələ o dövrlərdən başlayaraq, ulu öndər azərbaycanlı gənclərin SSRİ-nin ən yüksək səviyyəli ali məktəblərində təhsil almasına imkan yaratmışdı. Bundan əlavə, tarixi şəxsiyyətin Azərbaycan dövləti və xalqı üçün etdiklərinin heç bir ölçüsü və miqyası yoxdur" deyən S.Vəliyeva bu gün müstəqil və güclü Azərbaycan dövlətinin əldə etdiyi uğurların ulu öndərin müəyyənləşdirdiyi kursa əsaslandığını və bu uğurlu yolu Prezident İlham Əliyevin daha əzmlə davam etdirdiyini bildirdi.
Tədbir iştirakçılarını qarşıdan gələn ulu öndər Heydər Əliyevin ad günü münasibətilə təbrik edən Nizami rayon icra hakimiyyətinin başçısı Mehbalı Əliyev xalqımız üçün bugünün ən əlamətdar təqvimlərdən olduğunu qeyd etdi. Bildirdi ki, bu günlər respublikamızın hər yerində xalqımızın ulu öndəri Heydər Əliyevin 86-cı ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirilir və xalqın bütün nümayəndələri bu tədbirlərdə aktiv iştirak edir. İctimai fəallıqla keçirilən bu təbirlərin isə xalqın ulu öndər Heydər Əliyev şəxsiyyətinə möhkəm bağlılıqdan irəli gəldiyini qeyd edən icra başçısı, hər bir vətəndaşın qəlbində Ona olan sevginin heç bir hüdud tanımadığını dilə gətirdi. Respublikamızın bütün rayonlarında olduğu kimi, Nizami rayonuna da ulu öndərin həmişə böyük diqqət və qayğı göstərdiyini bildirən M.Əliyev bu gün ölkəmizin Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində dünyanın lider dövlətlərindən birinə çevrildiyini vurğuladı.
Hələ sövetlər dönəmində çalışdığı müddətdə də ulu öndər Heydər Əliyevin Azərbaycanı bir an da olsun yaddan çıxarmadığını qeyd edən Neft Emalı zavodunun direktoru Elman İsmayılov xalqının müqqədəratı naminə əlindən gələn bütün işləri gördüyünü toplantı iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, ulu öndər həmin dövrlərdən başlayaraq, Azərbaycanda neft sənayesinin inkişafı ilə birbaşa maraqlanmış və bir sıra vacib addımlar da atmışdır. Məhz böyük şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi işlər nəticəsində Bakıda Neft Emalı zavodunun yaradıldığını və onun işinin daha da təkmilləşdirildiyini diqqətə çatdıran E.İsmayılov digər sahələrin də inkişafında və yeni-yeni ictimai əhəmiyyət kəsb edən obyektlərin yaranmasında vacib addımlar atıldığını söylədi.
YAP Nizami ilk partiya komitəsinin sədri Rafiq Məmmədov da toplantı iştirakçılarına ulu öndər Heydər Əliyevin keçdiyi yoldan və Azərbaycan xalqı və dövlətimizin bugünü, gələcəyi naminə gördüyü işlərdən ətraflı bəhs etdi.
YAP sıralarına daxil olan neftiçilərə üzvlük vəsiqələrini təqdim edən çıxışçılar, güclü dövlət və ulu öndər Heydər Əliyev ideyalarının ətrafında hər kəsi sıx birləşməyə səslədilər. R.Məmmədovun müəllifliyi ilə işıq üzü görmüş "Heydər Əliyev mənim həyatımda" kitabı ilə tanış olan toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edildi.

Digər xəbərlər