Ulu öndərin 86-cı ildönümü Cəlilabadda geniş qeyd edilir
Dünən YAP Cəlilabad rayon təşkilatı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar rayonlararası oftalmoloji xəstəxanada "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur" mövzusunda dəyirmi masa keçirmişdir. Tədbirdə xəstəxananın baş həkimi, YAP üzvü Sədrəddin Gözəlov öncə çıxış edərək, dəyirmi masanın ətrafında əyləşən oftalmoloq-həkimlər və tibb işçiləri barədə məlumat verdi. Keçirilən tədbirin mahiyyətindən danışdı. Ulu öndərin anadan olmasının 86-cı ildönümü münasibətilə rəhbərlik etdiyi şəfa otağında həyata keçirilən tədbirlərdən söz açdı.
YAP rayon təşkilatı aparatının rəhbəri İbrahim Qələmov çıxışında təmsil etdiyi partiyanın rəhbərliyi adından dəyirmi masa iştirakçılrını səmimi salamladı. Ulu Öndərin ad günü ilə əlaqədar YAP rayon təşkilatının yerlərdə keçirdiyi silsilə tədbirlər barədə məlumat verdi, Heydər Əliyevi böyük dövlət xadimi kimi xarakterizə etdi, onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini vurğuladı.
YAP Cəlilabad rayon təşkilatının şura üzvü, "Yeni Gün" qəzetinin redaktoru Böyükxan Bağırov və rayon təşkilatı nəzarət təftiş qrupunun sədri Varid Əsgərov Heydər Əliyevin anadan olmasının 86-cı il dönümü ilə əlaqədar keçirilən dəyirmi masa iştirakçılarının diqqətini ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasına cəlb etdilər, Onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və qüvvətləndirilməsi sahəsindəki əvəzsiz xidmətlərindən söz açdılar.
Dəyirmi masa iştirakçılarından partiya fəalı, oftalmoloq - həkim Nəzakət Nəzərli çıxışında ümummilli liderimizin Azərbaycan səhiyyəsinin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işinə verdiyi dəyərli töhfələr barədə fikirlərini geniş izah etdi.
Çıxış edənlər, həmçinin, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı islahatları və onun rəhbərlik üslubunu ürəkdən bəyəndiklərini və Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın səhiyyə və təhsil ocaqlarının inkişafında, bu sahələrin maddi-texniki bazasının möhkəmləndirilməsində yorulmaz fəaliyyətini yüksək qiymətləndirdilər.
Dəyirmi masa Cəlilabad oftalmoloqlarının Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin siyasi kursunu dəstəklədiklərini və Onun ətrafında daha sıx birləşdiklərini bir daha əyani surətdə təsdiq etdilər.