PDF Oxu

Xəbərlər

  • 59

Ulu öndər Heydər Əliyev ənənələri layəqətlə davam etdirilir

Ulu öndər Heydər Əliyev ənənələri layəqətlə davam etdirilir
Dünən Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi "Təbii sərvətlərimizə sahib çıxaq, ətraf mühitimizi qoruyaq" adlı çoxşaxəli proqram layihəsi əsasında keçirilmiş eyniadlı məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi və elmi konfrans keçirilmişdir. Konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə keçirilmişdir.
Tədbiri giriş sözü ilə YAP Gənclər Birliyinin sədri Ramil Həsənov tədbirin keçirilmə səbəbini açıqlayaraq bildirdi ki, bu layihə YAP Gənclər Birliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkil etdiyi layihədir. O bildirdi ki, bununla yanaşı onlar Yevlaxda, Şəkidə, Gəncədə, Qubada treninq kurslar təşkil etmişlər. R.Həsənov adıçəkilən məqalə müsabiqəsinin əhəmiyyətindən danışaraq bildirdi ki, müsabiqə ulu öndər Heydər Əliyev ənənələrinin davam etdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Gənclər Birliyinin sədri, həmçinin, çıxışı zamanı layihənin keçirilməsində gəstərdiyi köməyə gərə cənab nazirə və aktiv gənclərə təşəkkürünü bildirdi.
Daha sonra tədbirdə çıxış üçün söz Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru İsmayıl Əliyevə verildi. O, çıxışı zamanı konfransın proqramına uyğun olaraq ekoloji problemlərdən danışdı. O bildirdi ki, hazırda dünyada qlobal ekoloji problemlər böyük miqyas almışdır. Prorektor dünyanın ən mühüm problemlərindən olan yaşıllıq zonalarının məhv edilməsi problemini diqqət mərkəzinə çəkdi. O, dünya ölkələrində adambaşına düşən meşə sahələrinin nisbətini Azərbaycanla müqayisə edərək bildirdi ki, bu sahədə müəyyən problemlər hələ də qalmaqdadır. İ.Əliyev bu sahədə Azərbaycanda müxtəlif tədbirlərin həyata keçirildiyini xüsusi vurğuladı. Bu sıradan ölkə başçısı İlham Əliyevin son müşavirə zamanı yaşıllıqların məhv edilməsinə qəti qadağa qoymasının çox təqdirəlayiq bir hal olduğunu və bunu dövlətin bu sahəyə daim nəzarətinin olmasının sübutu olaraq nəzərə çatdırdı. Bu cəhətdən YAP Gənclər Birliyinin keçirdiyi tədbiri çox əhəmiyyətli hesab etdiyini bildirdi.
Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Departament direktoru Mirsalam Qəmbərov da tədbirin keçirilmə əhəmiyyətinin çox yüksək olduğunu bildirdi. Digər çıxışçılar kimi M. Qəmbərov da Azərbaycanda ekologiyanın qorunması və təbii sərvətlərdən istifadə sahəsində görülən işlərdən danışdı. O bildirdi ki, məhz ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə Onun təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Dövlətin dəstəyi ilə təbii sərvətlərdən istifadə sahəsində böyük irəliləyişlərin olduğundan danışan M.Qəmbərov bu sahədə gənclərin daha fəal iştirakının vacib olduğunu nəzərə çatdırdı.
Millət vəkili Aydın Mirzəzadə çıxışı zamanı mövzuya uyğun olaraq ekoloji problemlərdən söz açdı. O, həmçinin, bu problemlərin sonda çox böyük fəlakətə gətirib çıxara biləcəyi ehtimalının da nəzərə alınmasının çox vacib olduğunu bildirdi. Millət vəkili ümummilli liderimiz Heydər Əliyevin dövründə bu sahəyə çox böyük diqqət ayrıldığını bildirdi. Bu diqqətin nəticəsi olaraq ulu öndərin təşəbbüsü ilə nazirlik yaradılmışdır. Onun layiqli davamçısı Prezident İlham Əliyevin də son müşavirə zamanı dediklərini xatırladaraq, təbiətin, ətraf mühitin qorunması sahəsində böyük işlər görüldüyünü bildirdi.
Çıxışının sonunda Aydın Mirzəzadə gənclər tərəfindən keçirilən müsabiqə və tədbiri də yüksək qiymətləndirdiyini bildirdi.
Tədbirdə iştirak edən millət vəkili Fəttah Heydərov çıxışı zamanı qloballaşan dünyamızda əsas diqqət obyekti olan bu mövzunun müzakirə edilməsinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. Yaşından, cinsindən, milliyyətindən asılı olmayaraq hər bir insanın formalaşmasında ətraf mühitin böyük rolu olduğunu qeyd etdi. Belə bir tədbir və müsabiqənin keçirilməsi təşəbbüsünün olmasını çox yüksək qiymətləndirdi. O bildirdi ki, ulu öndər Heydər Əliyev kimi bir şəxsiyyətin bizə nümunə olduğunu yaddan çıxarmamalı və onun yaratdığı ənənələri qoruyub saxlamalıyıq. F. Heydərov, həmçinin, Heydər Əliyev ideyalarının gənclər tərəfindən böyük uğurla həyata keçirilməsindən fərəh duyduğunu bildirdi.
Daha sonra adıçəkilən müsabiqənin keçirilmə məqsədi və onun nəticələri haqqında məlumat vermək üçün söz təşkilat komitəsinin sədr müavini Daşqın Qənbərova verildi. O bildirdi ki, aprel ayının 15-dən etibarən bu müsabiqəyə start verilmişdir. Müsabiqənini elan olunmasından etibarən 10 gün ərzində 200-dən artıq məqalənin təqdim olunmasını çox mütərəqqi bir hal sayıldığını bildirən D.Qənbərov nazirlikdə tezliklə onların araşdırılması və qiymətlərinin verilməsi üçün ekspertlərin ayrılmasını işin gedişatına çox böyük yardım gəstərdiyini nəzərə çatdırdı.
Tədbir zamanı o da vurğulandı ki, təqdim olunan layihələrin böyük bir hissəsi məhz BDU-nun payına düşmüşdü. Təşkilat komitəsinin sədr müavini onu da bildirdi ki, əvvəlcədən 10 həvəsləndirici mükafatın təqdim olunması nəzərdə tutulmuşdusa, məqalələrin çoxluğu onların 15-ə çatdırılmasını vacib etmişdir.
Tədbirin sonunda müsabiqəyə təqdim olunmuş elmi məqalələlər əsasında hazırlanmış kitab təqdim olunmuş və müsabiqədə 1-ci, 2-ci və 3-cü yerləri tutmuş gənclərə pul mükafatı və diplomlar təqdim olunmuşdur. Bundan başqa 15 nəfər gəncə həvəsləndirici mükafatlar təqdim olunmuşdur.

Digər xəbərlər